"İran Azərbaycanı qonşu, dost və qardaş ölkə hesab edir"

17:20 17-01-2019 | icon 47 | Siyasət
"İran Azərbaycanı qonşu, dost və qardaş ölkə hesab edir"

 

Son illərdə Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi nəticəsində iki ölkə arasında iqtisadi və siyasi sahədə böyük irəliləyişlər əldə olunub.

 

Versus.Az xəbər verir ki, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri deyib.

M.Baqeri bildirib ki, İran Azərbaycanı qonşu, dost və qardaş ölkə hesab edir:

 

“Lakin münasibətlərimizin bu səviyyədə olması ilə heç cür razılaşa bilmərik və bunu daha da genişləndirməliyik”.

 

O qeyd edib ki, iki ölkə arasında müştərək layihələr, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi, Rəşt-Astara dəmiryol xəttinin çəkilişi, eləcə də digər infrastruktur və yol-nəqliyyat layihələri icra olunur:

 

“Bu layihələr nəticəsində iki ölkə arasında ticari-iqtisadi əlaqələr daha da genişlənəcək, inkişaf edəcək”.

 

General-leytenant vurğulayıb ki, səfər zamanı Azərbaycanın müdafiə naziri Zakir Həsənov və digər qurumların rəhbərləri ilə keçirilən səmərəli görüşlərdə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, müəyyən razılıqlar əldə edilib:

 

“Düşünürük ki, gələcəkdə bu sahədə əlaqələrimizi daha da inkişaf etdirə biləcəyik. İki ölkənin sərhədləri də sülh və dostluq sərhədləridir və biz ümid edirik ki, gələcəkdə də bu sülh sərhədləri daha yaxşı qorunacaq və ölkələrimiz arasında insanların gediş-gəlisi, məhsulların nəqli üçün daha yaxşı şərait yaradılacaq”.

 

Baş Qərargah rəisi əlavə edib ki, Xəzəryanı dövlətlər, eləcə də Azərbaycanla İran arasında Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın qəbul olunması böyük irəliləyişdir:

 

“Bu konvensiya imkan verəcək ki, gələcəkdə Xəzər dənizində birgə əməkdaşlığı daha da genişləndirək, birgə hərbi təlimlərin keçirilməsini təşkil edə bilək”.

 

Cəsarət Pənahaliyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

Partiya sədrindən maraqlı təklif

“Ölümün də qarşısını ala biləcəyik”

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Boşanmaq istəyən ailələr üçün...

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

Bu, erməni faşizmini dəstəkləməkdir

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ