İran İraqla vizanı ləğv edə bilər


İraq tərəfi razılıq verərsə, İran və İraq arasında iş adamlarının vizası qarşılıqlı şəkildə ləğv edilə bilər.
Versus.Az - ın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın İraqın Kərbəla şəhərindəki konsulluğunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, 5 il öncə iki ölkə arasında viza rejiminin tam və qarşılıqlı şəkildə ləğv edilməsi İraqa təklif olunmuşdu. Lakin İraq tərəfi hələlik bununla razılaşmayıb.
Zərif deyib ki, razılıq olarsa, İran Prezidentinin mart ayında Bağdada səfərində anlaşmanı imzalamaq olar: "İran tərəfi viza rejiminin ləğvinə tam hazırdır. Lakin bu, birtərəfli qaydada mümkün deyil".
Versus.Az
Xəbər lenti

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO
İdmançımızın kəskin etirazı zalda alqışlandı
Problemli kreditlər yenə gündəmdədir
Azərbaycanda boşanma "epidemiyası" sürətlə yayılır
""Milli Şura"çılar öz havadarları qarşısında özlərini reklam edirlər"
Metrodan istifadə edənlər, xəbər var
Martın 1-dək - XƏBƏRDARLIQ
Ana dilim - ƏZƏMƏTİN QƏLƏBƏSİ
Aygün David Vendetta ilə bir yerdədir
Keyfiyyətli tədris üçün sinifdə neçə şagird olmalıdır?
"Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!"
RUSİYADAN QORXUNC AÇIQLAMA!
Sabahın hava proqnozu
Nişanlısından ayrılan Ledi Qaqa fermaya köçdü
Xəyyam Röya ilə barışmaq istədi
Hüseyn Dəryanın qızından tələb:
"İstərdim ki, Xocalıda vəhşilik törədənlər öz cəzasını alsınlar"
İrəli
