Azərbaycana qarşı növbəti dəfə ikili standartlar

14:25 18-01-2019 | icon 23 | Siyasət
Azərbaycana qarşı növbəti dəfə ikili standartlar

 

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında mövcud olan həm iqtisadi, həm də siyasi konstruktiv əlaqələr, münasibətlərin yüksələn xətlə inkişafı ölkəmizi istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər.

 

Versus.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.

S.Seyidov bildirib ki, Azərbaycanla Aİ arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətində danışıqlar hazırda konstruktiv şəkildə davam edir.

"Ancaq bu məsələ ilə bağlı dinləmələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub: Azərbaycan-Aİ danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki bu gün Avropa Parlamentinin müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Elə bu kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir".

Komitə sədri qeyd edib ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir:

"Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclislə Avropa Parlamenti arasında konstruktiv əməkdaşlıq davam etdiriləcək"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

Bu, erməni faşizmini dəstəkləməkdir