20 Yanvar şəhidlərinin xatirəsi Heydər Əliyev Sarayında anılıb


Bu gün Heydər Əliyev Sarayında 20 Yanvar - Ümumxalq Hüzn Gününün 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Versus.Az xəbər verir ki, tədbirdən öncə Sarayın xidməti girişində 20 Yanvar faciəsini əks etdirən kitab stendinə baxış keçirilib. Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, “Şöhrət” ordenli, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb. O, 1990-ci il Yanvar ayında baş verənlərin insanlığa qarşı törədilmiş teror hadisəsi olduğunu və faciənin təkcə Azərbaycanda yaşayanlara qarşı deyil, ümumilikdə dünyada yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayət aktı olduğunu bildirib. F.Babayev 20 Yanvar hadisələrinin başvermə səbəbləri, SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsi, o cümlədən qadağan olunan silah və sursatlardan istifadə olunaraq uşaqların, qadınların, qocaların gülləbaran edilməsi haqqında geniş məruzə ilə çıxış edib.
Çıxış edənlər tədbir iştirakçılarına, Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında geniş məlumat verib və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.
Tədbir 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən sənədli filmin nümayişi ilə yekunlaşıb.
Versus.Az
Xəbər lenti

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır
Təsisçisi Vüsalə Mahirqızıdır
159 yaşayış məntəqəsində məktəblər bağlandı
Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi
“Ölümün də qarşısını ala biləcəyik”
Şəhər merinə hücum olub
Boşanmaq istəyən ailələr üçün...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin görəcəyi işlərdən danışdı
İntensiv yağış yağacaq
Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək
Mobil telefonla şəkil çəkənlərin nəzərinə
“Məhəbbət əfsanəsi” Sankt-Peterburqda
Tələbə kreditləri ilə bağlı yeni sənəd hazırlandı
Azərbaycanlı dünya çempionu həbs edildi
Aktrisa Fahriyəyə qadağalar qoyuldu
Bu, erməni faşizmini dəstəkləməkdir
Səfirimiz qətərli nazirlə görüşüb
İrəli
