Xaricdə oxumaq istəyənlərin nəzərinə

 

16:38 18-01-2019 | icon 63 | Təhsil
Xaricdə oxumaq istəyənlərin nəzərinə
 

 

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

 

Versus.Az  AzEdu.az-a istinad edərək xaricdə təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüquqi barədə zəruri məlumatları təqdim edir:

“Gəncliyin Elmi-Mədəni  İnkişafı”  İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert  Sərdar Yusifoğlunun sözlərinə görə, 2015-ci ilin ikinci yarısı və   2016-cı ilin  mart ayına qədər xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi  barədə parlamentdə  gərgin  müzakirələr getdi:

“Parlamentdə  müzakirələr  zamanı xaricdə təhsil alanlara  seçilmiş universitetlər üzrə hərbi möhlət  verilməsi nəzərdə tutulurdu.  Təhsilə sahəsinə kənar olan  millət vəkilləri də müzakirəyə qoşulmuşdular. 2016-cı ilin birinci yarısında  xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi barədə qanun qəbul olundu

Lakin cənab prezident əksinə, qanun imzaladı ki, xaricdə bakalavr, magistratura, doktorantura üzrə təhsil alanlara hərbi xidmətdən möhlət verilsin. 2016-ci ilin may ayına qədər xaricdə magistr və doktorantura üzrə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi yox idi. Buna görə də cənab prezidentə xüsusi təşəkkür məktubu göndərdik. Apostil qanuna qoşulan ölkələrdə ümumiyyətlə  xaricdə,  bakalavr, magistr və doktorantura üzrə təhsil alanlar üçün hərbi xidmətdən möhlət hüququ keçərlidir.  Hərbi xidmətdən möhlət verilməsi  xaricdə  hazırlıq fakültəsində təhsil alanlara da aiddir”.

Prezident İlham Əliyevin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun tətbiqi ilə bağlı fərmanı:

Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi  Xidmətə  Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bu fərmana əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara, ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara — təhsilini bitirənədək, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək möhlət verilməsi Prezidentin səlahiyyətinə verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır