Uşaqlarınız üçün bunu edin - ANA QAYĞISINA BƏRABƏRDİR

17:47 18-01-2019 | icon 115 | Uşaq Dünyası
Uşaqlarınız üçün bunu edin - ANA QAYĞISINA BƏRABƏRDİR

 

Gecə yuxusundan öncə söylənən sirli-sehirli nağıllar uşaqların hərtərəfli inkişafı üçün ən azı ana qayğısı qədər önəmlidir. Bu vaxtadək nağılların uşaq orqanizmi üzərində müsbət təsiri elmi cəhətdən tam araşdırılmamışdı.


Versus.Az xəbər verir ki, son günlərdə “Psychological Science” jurnalında dərc olunan araşdırma tibb dünyası üçün əsl sıçrayış oldu. Belə ki, pediatr, psixoloq və psixoterapvtlərdən ibarət mütəxəssislərin iştirak etdikləri bu araşdırmada nağılların uşaq şüuruna, bütövlükdə vücuduna faydaları sadalandı.

Məlum olub ki, gecələr uşaqların dinlədikləri nağıllar onların yaddaşını gücləndirməklə yanaşı, yaradıcılıq bacarıqlarını formalaşdırır. Eləcə də valideynlərlə övladları arasındakı bağları möhkəmləndirir. Bundan əlavə, nağıl dinləyərkən balacaların söz bazası zənginləşir. Belə ki, pedoqoqların bir qrup azyaşlı ilə apardıqları təcrübədən bəlli olub ki, onlar nağıl kitablarındakı bir çox yeni kəliməni valideynlərilə gündəlik ünsiyyət zamanı istifadə etmirlər. Odur ki, hər gecə yatmazdan əvvəl eşitdiyi bu sözlər yaddaşlarına hopur və söz ehtiyatları genişlənir.

Amerikalı alimlər həmçinin iddia edirlər ki, hər gecə nağıl dinləyən 3-5 yaşlı uşaqların sol beyin yarımkürəsi daha fəal inkişaf edir. Tibbdən də məlum olduğu kimi, sol beyin yarımkürəsi, nitq, təsəvvür, qavrayış kimi xüsusiyyətləri formalaşdırır və onun sürətli inkişafı birbaşa bu faktorlara müsbət təsir göstərir. Nağıllar həmçinin övladlarımızın əsəblərini sakitləşdirir, sinir sisteminə müsbət təsir göstərir. Valideynlərilə ünsiyyət isə birbaşa təhlükəsizlik hissini daddırır, cəsarətlərini gücləndirir.

Odur ki, zamanımızı başqalarının həyatına müdaxilə etməyə deyil, daha faydalı məşğuliyyətlərə həsr edək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır