Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı

15:56 19-01-2019 | icon 68 | Hadisə
Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı

 

Yanvarın 11-də saat 8 radələrində Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gəlmiş 2 maskalı şəxsin orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından qaçıb aradan çıxmaları barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

 

Versus.Az modern.az-a istinad edərək bildirir ki, bu barədə DİN -nin mətbuat xidməti məlumat verib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.   

 

 

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib.

İstintaq və əməliyyat tədbirləri aparılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır