Nazirlər saatlarla nədən danışırlar...

10:56 21-01-2019 | icon 54 | Siyasət
Nazirlər saatlarla nədən danışırlar...

 

Ermənistan və Azərbaycan XİN başçılarının Parisdəki görüşü göstərdi ki, beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesini yenidən gündəmə gətirmək istəyir.

 

Versus.Az virtualaz.org-a istinadən bildirir ki, buna baxmayaraq, politoloqların fikrincə, atəşkəs rejiminin pozulması hallarının təhqiqi mexanizmlərinin tətbiqi haqqında Vyana razılaşmalarının həyata keçirilməsi ilə bağlı məsələlər görüşün gündəliyinə daxil edilməyib.

2018-ci ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan atəşkəs rejiminin qarşısının alınması mexanizminin yaradılması haqda razılığa gəlmişdilər. Daha öncə Paşinyan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirak etməsinə çağırmışdı. Buna cavab olaraq Azərbaycan hərbi ritorikanı artırmışdı.

Bəyanata görə, nazirlər görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə bir sıra məsələləri müzakirə ediblər və əhalinin sülhə hazırlaşdırılması məqsədilə konkret tədbirlərin gerçəkləşdirilməsinin zəruriliyi barədə razılaşıblar.

"Görüşdə Ermənistan və Azərbaycan liderlərinin görüşünün təşkili üçün addımlar müzakirə olıunub", - bəyanatda bildirilir.

Yanvarın 19-da Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Federika Mogerininin ofisinin yaydığı bəyanatda bildirilir ki, Aİ tərəflərdən son görüşlərdə əldə olunmuş razılaşmaların tam yerinə yetirilməsini gözləyir.

 

"Aİ xarici işlər nazirlərinin cəmiyyətlərin sülhə hazırlığına istiqamətlənmiş tədbirlər barədə sonuncu razılaşması və danışıların yenilənməsi üzrə addımlara baxılması da daxil olmaqla, əldə edilmiş razılaşmaların həyata keçirilməsini gözləyir", - bəyanatda deyilir.

Erməni siyasi şərhçi Stepan Safaryan "Kavkazski uzel"in müxbirinə bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin yenidən gündəmə gətirilməsi cəhdləri edilir.

Onun fikrincə, hazırkı mərhələdə tərəflər münaqişənin tənzimlənməsi yollarını deyil, etimad atmosferinin formalaşdırılması və əlaqələrin qurulması üçün imkanlar axtarırlar.

 

"Bu, danışıqlar prosesin bir hissəsidir. Lakin onu danışıqların predmeti adlandırmaq çətindir, çünki bu məsələ bilavasitə münaqişənin tənzimlənəsinə və onun həlli variantlarına aid deyil. Hələ ki, danışıqlar üçün zəmin yaratmağa çalışırlar", - Səfəryan deyir.

Eyni zamanda, siyasi icmalçı narahatlığını qeyd edib ki, erməni tərəfi Vyana razılaşmasının həyata keçirilməsini danışıqların gündəliyinə daxil etməyib. Onun müşahidələrinə əsasən, bu cür tendensiya 2017-ci ilin oktyabrında Cenevrədə keçirilmiş görüşdən sonra nəzərə çarpır.

Yerevan mətbuat klubunun rəhbəri Boris Navasardyan da hesab edir ki, dialoq qurmaq cəhdləri edilir ki, bu da gələcəkdə, onun fikrincə, daha konkret məsələlərin təfərrüatlı müzakirəsi üçün əsas rolunu oynaya bilər.

 

"Ermənistan tərəfi iddiasını davam etdirməlidir ki, tərəqqi yalnız etimadın yüksəldilməsi və sərhəddə sakitliyin təmin edilməsi ilə mümkündür", - ekspert bildirib.

Navasardyan güman edir ki, erməni tərəfi Vyana sazişinin həyata keçirilməsi məsələsini qaldırmır və bu "arqumentini" daha ciddi hallar üçün qoruyub saxlayır.

Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan tərəflərin yaxın gələcəkdə ümumi dil tapacağı perspektivinə şübhə ilə yanaşır.

 

"Azərbaycan qarşılıqlı güzəştlərə hazır deyil. Əgər hazır olsaydı, bunun üçün inqilabı gözləməz və güzəştlər barədə danışıqları keçmiş rəhbərliklə başlayardı", - o bildirib. Politoloq sərhəddə yenidən gərginləşmənin olacağını istisna etməyib. Lakin genişmiqyaslı müharibənin olacağını düşünmür.

"Gərginliyin azalması onunla bağlıdır ki, Azərbaycan rəhbərliyi indiki mərhələdə vəziyyəti gərginləşdirməyin lazım olmadığını anlayır. Lakin gərginlik artacaq", - ekspert qeyd edib.

O, erməni tərəfinin Vyana sazişin məsələsini qaldırmamasını "taktiki düzgün" mövqe adlandırıb. "Bu, hər zaman danışıqlar masasına qoyula biləcək "arqumentdir", - politoloq əminliyini vurğulayıb.

 

Siyasi icmalçı Akop Badalyan isə qeyd edib ki, status-kvoya nəzarət siyasi mexanizmlərinin tətbiqi və gərginləşmə risklərinin azaldılması cəhdləri edilir. Onun fikrincə, status-kvonun qorunub saxlanması üçün səsləndirilməyən beynəlxalq razılaşma mövcuddur.

"Münaqişə zonasında bərqərar olmuş status-kvo legitimlik qazanıb... Həmsədrlər özləri də anlayırlar ki, qarşılıqlı güzəşt prinsipi işləmir və status-kvonun dəyişdirilməsi cəhdləri yeni müharibəyə səbəb olacaq", - Badalyan deyir.

Eyni zamanda, onun sözlərinə görə, Azərbaycan problemin hərb yolu ilə həlli ideyasından imtina etməyəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır