Nazirin yeni müşaviri

11:06 21-01-2019 | icon 43 | Cəmiyyət
Nazirin yeni müşaviri

 

Mustafa Abbasbəyli Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bildirilib ki, nazirin yeni müşaviri yanvarın 21-dən vəzifəsinin icrasına başlayıb.

 

M.Abbasbəyli 1980-ci ildə Gəncədə anadan olub. 1996-2000-ci illərdə Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsində “Beynəlxalq hüquq” ixtisası üzrə, 2000-2001-ci illərdə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil alıb. 2001-2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi hüquq” ixtisası üzrə magistratura pilləsində ali təhsil alıb.

 

2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutuna aspirant olaraq daxil olub, 2009-cu ildə “12.00.03 – mülki hüquq; ailə hüququ; sahibkarlıq hüququ; mülki proses; beynəlxalq xüsusi hüquq” ixtisası üzrə "Bazar iqtisadiyyatına keçid dövründə sığorta müqavilələrinin mülki-hüquqi tənzimlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

2004-cü ildən "Standard Insurance" sığorta şirkətində baş hüquqşünas kimi fəaliyyətə başlayıb, 2005-2010-cu illərdə şirkətin Hüquq və Sığorta Hadisələri Departamentinə rəhbərlik edib. 2010-2011-ci illərdə İdarə Heyətinin üzvü olub, 2011-2014-cü illərdə şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. 2011-2014-cü illərdə "Standard Insurance Georgia" sığorta şirkətinin Müşahidə Şurasının üzvü olub. 2014-2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru vəzifəsində fəaliyyət göstərib.

 

Bununla bərabər, 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasında müəllimdir.

2015-ci ildən 2018-ci ilədək "Caspian European Club"ın İdarə Heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və gömrük komitəsinin sədri, klubun baş direktoru vəzifələrində çalışıb.

2016-cı ilin aprel ayından "Beyli Group" şirkətinin baş direktoru, 2018-ci ilin yanvar ayından isə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədridir.

Bundan başqa, 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının, 2010-cü ildən isə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.

50-dən çox elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3-nün həmmüəllifidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Boşanmaq istəyən ailələr üçün...

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ