Əlabbas Məhərrəmli: “Təzyiq məsələsini iddia edənlər, Mehmanın prezidentə müraciətini “unudurlar”

14:45 22-01-2019 | icon 85 | Siyasət
Əlabbas Məhərrəmli: “Təzyiq məsələsini iddia edənlər, Mehmanın prezidentə müraciətini “unudurlar”

 

 

 

“Hazırda əsas məqam Mehman Hüseynova qarşı qaldırılmış yeni cinayət işinə xitam verilməsinin səbəbləri yox, faktın özüdür”.

 

Bunu Versus.Az-a siyasi ekspert Abbas Məhərrəmli son etiraz mitinqinin Mehman Hüseynovun azadlığa buraxılmasına təsirləri və yaxud burada başqa nüansların olması ilə bağlı ictimai müzakirələri şərh edərkən  deyib.

 

“Bildiyiniz kimi, ötən həftə hüquq müdafiəçiləri və diplomatik korpusun nümayəndələri Mehmanla görüşən zaman o, vəziyyətinin normal olduğunu bildirmişdi.  M.Hüseynov sadəcə, ona qarşı qaldırılmış ikinci cinayət işinə etiraz edirdi.

Dünən isə kifayət qədər qədər yüksək səviyyədə bəyan edildi ki, dövlət başçısı Mehmanın məsələsini nəzarətə götürüb”.

A.Məhhərrəmli hesab edir ki, bu bəyanatın verildiyi günün ertəsi Mehmana qarşı qaldırılmış cinayət işinə xitam verilməsi onun məsələsinin obyektiv araşdırılmasının nəticəsi sayıla bilər.

“Mən burada istər xarici, istərsə də daxili təzyiq amillərini istisna edirəm. Təzyiq məsələsini iddia edənlər Mehmanın prezidentə müraciətini “unudurlar”. Yenə deyirəm, əsas olan Mehmana qarşı qaldırılmış ikinci cinayət işinə xitam verilməsidir. Bu isə o deməkdir ki, bloqqer çəkdiyi cəza müddətinin tamamında azadlığa çıxacaq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil