Azərbaycan nümayəndələri Dünya Təhsil Forumunda

17:03 22-01-2019 | icon 26 | Təhsil
Azərbaycan nümayəndələri Dünya Təhsil Forumunda

 

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.

 

Versus.Az Azərtac-a istinadən bildirir ki, forum dünyanın 80-dən çox ölkəsinin təhsil nazir və nazir müavinlərini, aparıcı ali təhsil müəssisələrinin rəhbərlərini, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələrini bir araya toplayıb.

 

Dünya Təhsil Forumu Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznes və innovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin Britaniya Şurası və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir.

 

Səfər çərçivəsində Ceyhun Bayramovun, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Britaniya Şurasının sədri Kristofer Rodriqes və digər rəsmi şəxslərlə işgüzar görüşlərinin keçirməsi nəzərdə tutulur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil