7 gün, 24 saat açıq olan kitabxana

17:29 23-01-2019 | icon 81 | Təhsil
7 gün, 24 saat açıq olan kitabxana
 

Gündəlik 500-ə qədər oxucunun ziyarət etdiyi Kitabxana, eyni zamanda, 104 oxucuya xidmət edə bilir. Gecə saatlarında qış imtahan sessiyasına burada 70-ə yaxın tələbə hazırlaşır.

 

3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür.

 

Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər. İstifadəçilər həmçinin “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək.

 

Tələbələrin sözlərinə görə, UNEC 24/7 Kitabxanasında axtardıqları resursu qısa zaman ərzində və rahatlıqla tapa bilirlər. Burada Azərbaycan dili ilə yanaşı, İngilis, Rus və Türk dillərində dəsr vəsaitləri ilə tanış olmaq olar. Beynəlxalq elmi məlumat bazalarına çıxış hesabına tələbələrə burada dünyanın müxtəlif yerlərində yerləşən materiallarla tanış ola bilərlər.

 

Bu günlərdə isə Kitabxana dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.Kruqman, M.Obstfeld və M.J.Melitz), “Makroiqtisadiyyat” (O.Blanşar) və “Mikroiqtisadiyyatın əsasları” (K.E.Keys, R.C.Feyr və Ş.E.Oster) kitabları ilə zənginləşmişdir. Bu kitablar Azərbaycan dilinə UNEc mütəxəssislərinin iştirakı ilə “BP” şirkətinin dəstəyi ilə tərcümə edilmişdir. 

 

UNEC-də 24/7 Kitabxanasının ölkədə ilk dəfə olaraq fəaliyyətə başlaması haqqında Təhsil TV-də yerləşdirilmiş sujet böyük marağa səbəb olmuşdur. Sujetdə qeyd edilir ki, ölkədə ilk dəfə olaraq 24 saat 7 gün fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası müasir standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır