Türkiyə ilə Rusiya arasında İLK addım

10:36 24-01-2019 | icon 50 | Dünya
Türkiyə ilə Rusiya arasında İLK addım

 

 

Türkiyə və Rusiya liderləri arasında 2018-ci ildə 7 təkbətək görüş olub, 18 dəfə telefonla danışıblar. Bugünkü görüş bir il ərzində 26-cı (?!) görüş sayıla bilər. İki ölkə tarixində ilk yaşanır.

 

Versus.Az xəbər verir ki, bu sözləri Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, liderlər Suriyanı müzakirə edib:

 

“Ərdoğan və Putin iki məsələnin üzərində xüsusi dayandılar. Birincisi, İdlib, ikincisi Suriya Konstitusiyasıdır. Əslində, Ərdoğan və Putin hər iki mövzu ətrafında fikir ixtilafı yaşamasalar da, hər iki problem həll olunmayıb. Nə İdlib terrorçulardan azad olunub və Ankara hələ ki, silahlı müxalifəti terrorçulardan ayıra bilməyib, nə də Suriya Konstitusiyasının necə olacağı ətrafında razılaşma var”.

Politoloq vurğulayıb ki, Ərdoğan və Putin dostluqlarını davam etdirir:

“Nə qədər ki, Vaşinqton həm Rusiya, həm də Türkiyəni sıxışdırmağa çalışır, Ankara-Moskva ikilisi çat verməyəcək, hətta Suriyadakı duruma baxış fərqli olsa belə. Əslində, Ərdoğanın Suriyaya baxışı Putinin xoşuna gəlmir, ancaq Rusiya prezidenti Suriyaya görə Ərdoğanla dostluqdan qopmaq istəmir. Çünki iki ölkə arasındakı münasibətlərdə pozitiv elementlər – ticarət mübadiləsi, atom elektrik stansiyasının tikintisi, “türk axını” layihəsi və C-400 anlaşması var”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Əli İnsanov da əfv edilib

BAĞIŞLA, ANA

Prezident onları əfv etdi - SİYAHI

Partiya sədri əfvlə bağlı prezidentə təşəkkür etdi

“Əfv fərmanını alqışlayıram"

"Siyasi və vicdan məhbusu mövzusu hələ də gündəmdədir"

"Bunun da hökümət səviyyəsində öz həllini tapacağına ümid edirəm"