"Bu ölkəyə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək"

14:48 24-01-2019 | icon 90 | Geopolitika
"Bu ölkəyə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək"

 

Azərbaycan Çinin qlobal əhəmiyyətli "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ölkələrdən biridir.

 

Versus.Az  Trend-ə istinadən xəbər verir ki, bunu politoloq Nəzakət Məmmədova deyib.

 

Müasir infrastrukturun yaradılmasının Azərbaycan hökumətinin ən əsas məqsədlərindən biri olduğunu deyən politoloq hesab edir ki, ölkəmiz coğrafi vəziyyətindən faydalanaraq əsasən infrastruktura, yəni daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görür: "Azərbaycan yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura investisiya yatırırıq. Həmçinin nəqliyyat infrastrukturuna sərmayə yatırılıb. Bu da ölkəyə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək".

N.Məmmədova bildirib ki, müasir dünyanın ən genişmiqyaslı inteqrasiya təşəbbüslərindən biri olan "Bir kəmər, bir yol" Çinin "İpək yolunun iqtisadi qurşağı" və "XXI əsrin İpək Yolu" layihələrinin birləşməsinin nəticəsi olaraq 2013-cü ildə irəli sürülüb: "Regional iqtisadi əməkdaşlığın yeni mexanizmlərinin işlənib hazırlanması, tərəfdaş ölkələrin iqtisadi cəhətdən çiçəklənməsi, sülh və dayanıqlı inkişaf, müxtəlif sivilizasiyalar arasında bütün sahələrdə, o cümlədən mədəni əlaqələrin möhkəmlənməsi layihənin əhəmiyyətini artırır".

Politoloq bu fikirdədir ki, Avrasiya materikinin böyük bir hissəsini əhatə edən, planetin əhalisinin 63 faizinin yaşadığı ölkələri əhatə edən, 21 trilyon dollar dəyəri olan iri layihənin aparıcı ölkəsi olmaq Azərbaycan üçün böyük əhəmiyyətə malikdir:

"Prezident İlham Əliyev Davosda adıçəkilən layihəyə həsr olunmuş sammitdə çıxışında ona yüksək qiymət verib və Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəklədiyini, Azərbaycanın özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaratdığını bildirib".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır