Müasir təhsil verənlər hazırlanmalıdır

14:59 24-01-2019 | icon 59 | Təhsil
Müasir təhsil verənlər hazırlanmalıdır

 

“Məlumat bolluğu olan dövrdə, heç bir informasiya-kommunikasiya texnologiyası (İKT) istifadə etmədən, "quru dərs" keçməklə şagirddə maraq yaratmaq mümkün deyil”.

 

Versus.Az AzEdu.az-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bugünkü gənclər texnologiyanın ən geniş istifadəçisidir və buna maraq göstərirlər: “Bunlar şagird üçün bir öyrənmə vasitəsi olmalıdır. Müəllim məzmunu düşünüb, İKT tətbiq etməklə şagirdlərə ötürməlidir. Son illər məktəblərdə yaradılan yeni şərait, infrastruktur, İKT avadanlıqları ilə təchizat işi xeyli yaxşılaşır, amma bununla yanaşı, bütün bu yeniliklərdən istifadə etməyi, onu gündəlik həyatda tətbiq etməyi bacaran təhsil verənlərə və onların hazırlığına ehtiyac var. Qarşıda duran prioritet vəzifələrdən biri də məhz müasir təhsil verənlərin hazırlanmasıdır”.

Artıq bu ilin sentyabr ayından etibarən məktəblərdə yeni innovativ yanaşmaların tətbiqinə başlanacağını deyən M.Vəliyeva qeyd edib ki, bunun üçün pilot məktəblər müəyyənləşdiriləcək: “Oradakı təcrübə sınaqdan keçdikdən sonra paralel olaraq ölkənin başqa məktəblərinə də ötürüləcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır