Almaniyada təhsillə bağlı ən çox verilən suallar – Cavablar 

15:38 24-01-2019 | icon 31 | Təhsil
Almaniyada təhsillə bağlı ən çox verilən suallar – Cavablar 

 

Almaniya keyfiyyətli təhsil, yaşam tərzi baxımından bir çox tələbələri cəlb edir.

 

Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır.

 

Versus.Az AzEdu.az - a istinadən xəbər verir ki,  Almaniya təhsillə bağlı sual və cavabları təqdim edir.

 

Sualları CELT xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırır.

-Bakı Dövlət Universitetində kimya ixtisası üzrə 2-ci kursda oxuyuram və ortalama balım 74-dur.  Alman dili üzrə səviyyəm isə C2-dir. Bilmək istərdim ki,  Almaniya dövlət universitetində təhsilin bakalavr səviyyəsində oxuya bilərəm?

-Rəsmi Alman dili sertifikatınız varsa oxuya bilərsiniz

-Azərbaycan Memarlıq və İnşaat Uninersitetində 4- cu kursda oxuyuram. Ortalama balım isə  85-dir. Almaniyada  ödənişsiz təhsil ala bilərəm? Orada oxuyan tələbələrə  yaşayış yeri ödənişsizdir?

-Bəli təhsil ala bilərsiniz. Amma beynəlxaq imtahan sertifikatı olan IELTS 6.5 olmalıdır. Almaniyada sadəcə təhsil haqqından azadsınız. 

-Almaniyada təhsil müddəti nə qədərdir?  

 -Almaniyada bakalavr  səviyyəsi üzrə təhsil müddəti 3 ildir.  

-Almaniya dövlət universitetlərində IELTS nəticəmlə oxuya bilərəm? Təxmini bunun üçün nə qədər pul lazımdır?

-Almaniya dövlət universitetlərində IELTS nəticəsinizlə oxuya bilərsiz. Orada  yaşayış xərclər isə  illik 9000 avrodur.

-Hazırda 11-ci sinifdə oxuyuram və təhsilimi Almaniyada davam etdirmək istəyirəm. Bilmək istərdim ki, Almaniyada təhsil almaq üçün nə etməliyəm?

-11-ci sinfi bitirdikdən sonra Almaniya univversitetlərinə birbaşa qəbul olmaq olmur.  Çünki Almaniyada  təhsil 13 illikdir.  Məhz ona görə də Azərbaycanda və ya hər hansı xarici ölkədə 1il bakalavr təhsili almalısız. Onu da qeyd edək ki, IELTS 6.5 bal lazımdır.

-Bakı Dövlət Universitetində hüquq fakültəsi üzrə təhsil alıram. Almaniyada təhsilin magistr səviyyəsi üzrə oxumaq istəyirəm. Alman dilini bilirəm, ödənişsiz orada təhsil ala bilərəm?Bəs, Almaniyada   oxumaq üçün hansı sənədlər lazımdır?

-Universitetdə ortalama göstəriciləriniz yaxşıdırsa ödənişsiz  təhsil ala bilərsiniz. Alman dilində oxumaq istəyrsinizdə alman dili sertifikatınız olmalıdır.

 -Almaniyada tibb sahəsi üzrə təhsil almaq istəyirəm.  Almaniyanın tibb sahəsi üzrə ən yaxşı dövlət universiteti hansıdır?

-Almaniyada tibb sahəsi üzrə ən yaxşı ali təhsil müəssisəsi Heidelberg Universitetidir.

 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

Bu, erməni faşizmini dəstəkləməkdir