Bir gün bir qızım olacaq...

10:02 25-01-2019 | icon 103 | Köşə
Bir gün bir qızım olacaq...

 

XƏYAL NAMİZƏDLİ

 

Bir gün bir qızım olacaq. Ona dünyanın ən vicdanlı və mərhəmətli atasını hazır edəcəyəm... Qarşısına kimlər çıxarsa çıxsın, arxasında bir dağ olduğunu hər zaman hiss etsin...

 

O olana qədər ona dünyanın ən yaxşı anasını verəcəyəm... Həyatın çətinliklərindən keçmiş, səhvlər etmiş, incinmiş, ağlamış və bunlar sayəsində asan yola çıxmış, səhvlərdən çəkinmiş, inciklikləri sağaltmağı öyrənmiş və bir daha başqası üçün ağlamamış bir ana verəcəyəm ona...

 

Bir gün bir qızım olanda ona dünyanın ən gözəl musiqilərini dinlədib, ən gözəl hekayələrini danışacağam. Təbiətdə gəzdirib dənizin sonsuzluğunu izlətdirəcəyəm. Gözəl olan hər şeyi görsün ki, çirkini görəndə ürəyi bulansın...

 

Səhvlərini başa salacağam, yanlışlarını örtmək yerinə gözünün önünə sərəcəyəm. Öyrədəcəm ki, incinməkdən qorxmasın. İncinsin ki, güclənsin...

 

Ona öz ayaqlarından daha lazımlı bir şey olmadığını başa salacam. Özünü saxlaya bilmədiyi müddətdə ailə qurub uşaq saxlamasına icazə verməyəcəm...

 

Qərarları ona, izahları özümə saxlayacağam. Onu erkən yaşda ailə yükünün altına salmaqdan çəkinəcəm. Böyüyəcək, yaşayacaq, sevəcək və bütün hallarda özünü xoşbəxt etməyin yollarını tapacaq...

 

Mənim qızım çox şanslı olacaq. Çünki özünü yaşayacaq. Özünü yaşayanlar isə əsla məğlub olmazlar...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

Bu, erməni faşizmini dəstəkləməkdir