Millət vəkili Avropanı terrora dəstək verən siyasətçiləri dəstəkləməməyə çağırıb

22:49 25-01-2019 | icon 92 | Siyasət
Millət vəkili Avropanı terrora dəstək verən siyasətçiləri dəstəkləməməyə çağırıb

 

Qənirə Paşayeva: “Müxalifət də demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə riayət etməlidir”

 

 

AŞPA-da “Türkiyədə müxalifətçi siyasətçilərin vəziyyətinin pisləşməsi: onların əsas hüquqlarının qorunması üçün Avropa Şurasında nə etməli” adlı qətnamə layihəsi müzakirə edilib.

 

Versus.Az-ın məlumatına görə, müzakirəsi zamanı Azad Demokratlar Qrupu adına qrupun vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva çıxış edib və Avropanı terror dəstək verən siyasətçiləri qorumamağa çağırıb.

 

Plüralist demokratik cəmiyyətlərdə müxalifətin həyati əhəmiyyətli rol oynadığını deyən millət vəkili bildirib ki, onlar milli idarəetməni yaxşılaşdırmaq məqsədilə hakimiyyətdə olan siyasi partiyanı tənqid edirlər:

 

“Onların rolu mühümdür, belə ki müxalifətsiz demokratiyanı təsəvvür etmək mümkün deyil. Buna baxmayaraq müxalifət də demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə riayət etməlidir. Bu əsas prinsiplərə hörmət etməyən istənilən müxalifət demokratiyanın fəaliyyətinə aradan qaldırıla bilinməyən zərər vurur. Türkiyə məsələsinə gəlincə, müxalifətin bir sıra üzvləri demokratiya qaydalarına uyğun fəaliyyət göstərmirlər. Qətnamə layihəsi terrorizmlə bağlı hüquq pozuntularına görə təqsirləndirilən HDP siyasətçilərinə istinad edir. Onların milli məhkəmə orqanlarına apellyasiya vermək hüququna heç bir maneə törədilmir. Nəticə etibarilə demək mümkündür ki, onlar qanuni hüquqlarından maneəsiz istifadə edə bilərlər. Müxalifətçi siyasətçi olmaq terrorizmlə bağlı cinayətlərdə de fakto toxunulmazlıq hüququ verirmi? Bu qurumunun, AŞPA-nın üzvləri olaraq mən inanıram ki, heç kim bu suala müsbət cavab verə bilməyəcək. Siyasətçi olmaq terrorizmə təhrik etmək və beynəlxalq terror təşkilatları üçün təbliğat aparmaq üçün kart-blanş vermir. AŞPA müxalifətçi siyasətçilərə qarşı məhkəmə proseslərinə necə münasibət göstərməlidir? Müxalifətin müdafiəsi ilə terrorizmin dəstəklənməməsi arasında həssas tarazlıq tapılmalıdır. Buna baxmayaraq bu hesabat bu cür tarazlığı yaratmağa cəhd göstərmir. Bu hesabatda təkcə məhkəmə prosesləri ilə bağlı faktlara məhəl qoyulmur, həm də Türkiyə ilə münasibətdə konstruktiv yanaşma da yoxdur. Azad Demokratlar Qrupu olaraq, biz müxalifətin demokratik cəmiyyətlərdə oynadığı həyati əhəmiyyətli rol faktını tamamilə dərk edirik. Buna baxmayaraq üzv dövlətlərdə demokratiyanın güclənməsi terrorizmlə bağlı ittihamlara qarşı "gözü kor" anlamını verməməlidir. Biz başqa üzvləri də bu məsələyə eyni bucaqdan yanaşmağa dəvət edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır