Azərbaycanlı milyonçu hökümətə 2 ay vaxt verdi

16:37 28-01-2019 | icon 111 | Gündəm
Azərbaycanlı milyonçu hökümətə 2 ay vaxt verdi

 

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı milyoner Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanın Buqaşen kəndində abidə qoymasına sərt şəkildə etirazını bildirib.

 

Versus.Az Musavat.com-a istinadən xəbər verir ki, Söyün Sadıqovun sözlərinə görə, bu hadisə Gürcüstanın dövlət və hökumət rəhbərlərinin Azərbaycana qarşı açıq xəyanətidir:

 

“Təsəvvür edin ki, Azərbaycan xalqı üçün xüsusi gün sayılan yanvarın 20-də Gürcüstanda erməni cəlladına abidə qoyulur və Gürcüstan dövləti buna açıq şəkildə icazə verir. Bunun bir adı var – Azərbaycana xəyanət! Bu hadisə Azərbaycan xalqına qarşı böyük hörmətsizlikdir, təhqirdir. Bu həm də gürcü xalqına qarşı edilən xəyanətdir. Bununla başda Gürcüstan prezidenti və baş naziri olmaqla, ölkənin dövlət və hökumət rəhbərliyi separatizmi dəstəklədiyini ortaya qoydu. Əgər Bidzina İvanişvilinin razılığı, Gürcüstan prezidentinin və Baş nazirinin icazəsi olmasaydı, bu abidə əsla qoyula bilməzdi. Mən buradan Gürcüstan xalqına çağırış edirəm ki, öz hökumət və dövlət başçılarını bu abidənin ləğv edilməsinə səsləsinlər. Əks halda Azərbaycan kimi müttəfiqlərini itirəcəklər. İndiyədək Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan çoxdan erməni və gürcü separatçılarının qurbanına çevrilərdi. Gürcüstanı bir dövlət kimi ayaqda saxlayan Azərbaycan dövlətinin verdiyi dəstək və bu ölkədə yaşayan azərbaycanlılardır. İndi Gürcüstanın prezidenti və Baş naziri Azərbaycan dövlətinə və xalqına qarşı belə bir riyakar addım atır. Hesab edirəm ki, Gürcüstan xalqı buna imkan verməməlidir. Çünki Axalkalakidə erməni terrorçusuna abidənin qoyulması bir daha göstərdi ki, Gürcüstan prezidenti və baş naziri nəinki Azərbaycan dövlətinə hörmət etmir, heç öz xalqını belə saymır. İndiki Gürcüstan rəhbərliyi ölkələrində erməni separatizminin inkişafına təkan verirlər. Əgər belə davam etsə, yaxın gələcəkdə erməni separatçıları Gürcüstanda öz muxtariyyətini elan edəcək”.

 

O, Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verib:

Mən Gürcüstan prezidentinə və baş nazirinə demək istəyirəm ki, sözügedən abidəni ləğv etsinlər. Əks halda bu onlar üçün baha başa gələcək. Onlar bu səhvlərini düzəltməsələr, o zaman mən məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam. Beləliklə də biz yəqin ki, Gürcüstanda öz muxtariyyətimizi qazanacağıq. Yəni, Abxaziya və Osetiya kimi biz də öz muxtariyyətimizi əldə edəcəyik”.

Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması Azərbaycanın sərt reaksiyasına səbəb olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır