“İstərdim ki, uşaqlar müharibə görməsin”

17:09 28-01-2019 | icon 50 | Cəmiyyət
“İstərdim ki, uşaqlar müharibə görməsin”

 

"ARB Günəş"in "Kiçikdən-böyüyə" verilişinin növbəti qonaqları Azərbaycan Televiziyasının aparıcısı, əməkdar artist Rafiq Həşimov və 8 yaşlı Lazım olub.

 

Versus.Az xəbər verir ki, Rafiq Həşimov söhbət zamanı 8 yaşlı Lazımın "Analar sərt olurlar" fikrinə münasibət bildirib. O, anaların uşaqlara qayğı ilə yanaşdığını deyib və qeyd edib ki, onların sərtliyi sevgidən doğur:

 

"Məsələn, ana görür ki, uşağı oda yaxın gedir, əl atır sərt formada onu kənarə çəkir. Bütün analar uşaqlarını çox sevir. Böyüdükdən sonra anlayırsan ki ,sən demə, anadan gözəl varlıq yoxdur".

 

Rafiq Həşimov 8 yaşlı Lazımla ən böyük arzusunu da bölüşüb:

 

"Arzularım çoxdur. Bəlkə mənim arzum sənə çox böyüksayağı gələ bilər. Amma bu arzumu səninlə bölüşmək istəyirəm, çünki bu səninlə, uşaqlarla bağlıdır. İstərdim ki, uşaqlar heç vaxt müharibə görməsin. Gələcək nəslin təhlisi çox yaxşı olsun. Hər zaman sağlam olasınız".

 

Qeyd edək ki, "Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də "ARB Günəş"də yayımlanır.

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır