İnformasiya savaşında hansı tərəfdə durmalıyıq?

17:27 28-01-2019 | icon 128 | Kürsü
İnformasiya savaşında hansı tərəfdə durmalıyıq?

 

 

 

NAMİQ ƏLİYEV

Tarix üzrə fəlsəfə doktoru

 

 

Dünyamız dəyişib. İndi hansısa dövlətin dayaqlarını laxlatmaq və sonra da sərvətlərini ələ keçirmək üçün yüz minlərlə canlı qüvvəyə, tanka, topa, raketlərə ehtiyac yoxdur. Xüsusi təlim görmüş, müəyyən maddi vəsaitlə təmin edilmiş, hücum olunan ölkənin dilində danışan insanlar sıravi əsgər rolunu oynayırlar. Onların silahları kompüterlər, vasitələri isə sosial şəbəkələrdir. Artıq hamı bilir ki, müharibənin yeni növünün adı informasiya savaşıdır.


Mütəxəssislər sosial şəbəklərdə hədəf tərəfə qarşı savaş aparanların iş prinsiplərini müəyyən edə biliblər. Onlar hər mövzu üzrə 5 nəfərlik qruplardan ibarətdirlər , hər qrupun da özünün psixoloq və analitiki olur. Hansısa mövzunun müzakirəsi zamanı bütün qrup qarşı tərəfin üstünə düşür və haqlı olduqları görüntüsü yaratmağa çalışırlar. Qrupun əsas vəzifələrindən biri şəbəkə izləyicilərində konkret məsələdən narazı olanların çox olması illüziyasını yaratmaqdır. Hədəf ölkədə görülən bütün işlər - yol çəkilişi, yeni müəssisələr, istehsal, ixracat, idxalat, bank-maliyyə və s. sahələr müzakirəyə çıxarılır və bunların hər birində mənfi çalarlar axtarılır. Həqiqətən baş vermiş bir hadisənin ətrafına o qədər dezinformasiya toplayırlar ki, hadisənin mahiyyəti dəyişir və cəmiyyətə onların istədiyi formada təqdim olunur. Qrupun özəyi xaricdə yerləşir, lakin ölkə daxilindəki adamları, daha dəqiqi 5-ci kolon bu fəaliyyətlərində onlara dəstək verirlər. İnformasiya savaşının qaydalarına görə, mövzunun müzakirəsinin sonu “birləşin və bizi dəstəkləyin” çağırışı ilə bitməlidir.


Müzakirə mövzuları içərisində sosial sahənin problemləri daim üstünlük təşkil edir. Çünki bu elə bir sahədir ki, bütün bəşər tarixi boyu həllini tapa bilməyib. Bu gün dünyada ən nəhəng büdcəyə sahib olan Amerika sosial problemləri həll edə bilibmi? Yox! Rəsmi statistikaya görə, ABŞ-da 40 milyon insan sosial problemlərinin həllini gözləyir. Avropanın ən inkişaf etmiş dövlətlərindən olan Fransa həll edibmi? Əgər bu dövlətin sosial problemi yoxdursa, o zaman on minlərlə “sarı jiletlilər” on bir həftədir ki, niyə küçələrə axışır? Yaxud təbii sərvətlərə görə bizdən dəfələrlə zəngin olan qonşumuz Rusiyada, qardaş Türkiyədə sosial problemlər yoxdur? Deməli, problemin əbədi və universal olduğunu yaxşı bilənlər, elə əbədi olaraq da zərbəni bu istiqamətə yönəldəcəklər. Odur ki, dövlətinin, xalqının mövcudluğunu istəyən, sabitliyin əhəmiyyətini anlayan cəmiyyət sosial şəbəkələrdəki informasiya savaşının da mahiyyətini anlamalıdır. Bu savaşın arxasında duranlar xarici güclər, iştirakçıları isə “döyüşdə” alət kimi istifadə olunan bizim xalqın nümayəndələridir. Onlar bizim sosial problemlərimizi həll etməyəcəklər, heç etmək fikirləri də yoxdur. Liviya kimi sosial problemlərin aradan qaldırıldığı Şərq ölkəsini 4 yerə parçaladılar, xalqı rəzil günə saldılar. Bu baxımdan, sosial şəbəkələrdəki informasiya savaşında dövlətçiliyin, milli maraqların və milli təhlükəsizliyin yaninda durmalıyıq. Əks-təqdirdə, Azərbaycana “ərəb baharı”nı gətirmək istəyənləri sevindirəcəyik.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır