Hadi Rəcəbli: "Bu görüş cəmiyyətə də bir mesajdır"

17:50 28-01-2019 | icon 31 | Cəmiyyət
Hadi Rəcəbli: "Bu görüş cəmiyyətə də bir mesajdır"

 

"Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir. Dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu mənada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarına olan diqqət və qayğı xüsusi vurğulanmalıdır".

 

Versus.Az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin  bütün şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı imzaladığı yeni Fərman bu faktı bir daha təsdiqləyir:

"Ölkə başçısının imzaladığı yeni Fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Eyni zamanda, ölkə başçısının imzaladığı fərmanda yenilik ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçu olmayanların, polis işçilərinin və digər qrupların da vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Bu, bir daha dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir"

 

Hadi Rəcəbli qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşməsi şəhid ailələrinə olan diqqət və qayğının daha bir nümunəsidir:

"Heç şübhəsiz ki, bu görüş cəmiyyətə də bir mesajdır ki, cəmiyyətdə şəhid ailələrinə diqqət göstərilməli, hörmət və ehtiramla yanaşılmalıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Boşanmaq istəyən ailələr üçün...

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ