Zəif şagirdlərdən dahi yetişdirən tədris metodu

18:16 28-01-2019 | icon 32 | Təhsil
Zəif şagirdlərdən dahi yetişdirən tədris metodu

 

 

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan fərqli tədris metodları öncə normal qəbul olunmasa da, getdikcə məktəblərdə tətbiq olunmağa başlayır. Bir çoxunun birmənalı qarşılanmamasına səbəb isə yalnız zehni deyil, digər əmək növlərinə də əsaslanmasıdır. Eynilə, Valdorf metodu kimi...

 

Valdorf metodu nədir?

Çoxlarına qəribə gəlsə də, bu tədris metodu toxuculuq  bacarıqlarının inkişafı ilə istiqamətləndirilir və bəzi Amerika məktəblərində tətbiq olunur. 100 il tarixi olan metodun artıq  kompüter elmləri ilə inteqrasiyası müzakirə olunur.

Valdorf uşaqların hərtərəfli və asan yolla təhsil almasına istiqamətlənən alternativ tədris metodudur. 1919-cu ildə Almaniyada ValdorfAstorianın əsasını qoyduğu metod ilk dəfə tütün fabrikində işləyənlərin uşaqlarının üzərində tətbiq olunub. Bu tədris metodu daha çox zəif şagirdlərə istiqamətlənib. Məqsədi orta məktəblərdə zəif adlandırılaraq bir çox istedadları gözardı edilən şagirdlərin uğur qazanmasıdır.

100 il əvvəl əsası qoyulan metod ilk dəfə“NyuYorkTimes” qəzetində yayımlanan bir məqalə ilə aşkara çıxarılıb. Məqalədə əksər ABŞ məktəblərinin texnoloji təchizatla əlaqədar bir-biri ilə az qala yarışdığı vaxtda Silikon vadisində yerləşən bir orta təhsil müəssisəsinin yeni metodu rəhbər tutaraq şagirdlərini texnologiyadan tamamən təcrid etməsindən danışılır. Söhbət Valdrof məktəbindən gedir. E-Bay, Google, Apple, Yahoo kimi texnologiya nəhənglərinin əməkdaşları öz övladlarını məhz həmin məktəbə qoyublar. Məktəbdə kompüter və ağıllı lövhələr əvəzinə köhnə lövhə, təbaşir, kağız və qələmdən istifadə olunur. Maraqlısıbudur ki, tədrisin digər vasitələri isə toxuculuq və tikiş ləvazimatlarıdır.

Bütün bunlar Valdorf tədris metodunun yaradıcısı Steinerin hələ 100 il əvvəl əl işləri, praktiki bacarıqların şagird zəkasına təsirini araşdırması ilə başlayıb. Sonradan dünyanın bir çox ölkələrində “Valdorf məktəbləri” adlanan təhsil müəssisələri formalaşıb. Yaradıcının sözlərinə görə, uşaq təhsilə bu metodlarla başlayıbsa, ən pis çətinliklər belə onu ruhdan salmaz.

Valdorf məktəblərinin üstünlük və fərqləri nələrdir?

Araşdırmalar Valdorf tədris metodu ilə təhsil alan şagirdlərin digərləri ilə müqayisədə yeni şeylər öyrənməyə daha meylli olduğunu göstərir.

 

Valdorfməktəblərindən birinin rəhbərliyi buradakı əsas tədris vasitələrindən sayılan toxuculuğun riyaziyyat, kompüter bacarıqları, həndəsə fənni ilə inteqrasiyasının mövcudluğunu bildirib.

Toxuculuqdan kodlaşdırmaya aparan metod

Riyazi biliklərə təsirini toxuculuqla məşğul olan şagirdin saymağı asanlıqla öyrənməsi ilə əsaslandırırlar. Şagirdlərdən toxuduqları ilmə və hörgüləri saymaq və bunu qarma-qarışıq şəkildə etmək tələb olunur. Bu da şagirdin ən qarışıq məntiq tələb edən durumlarda da tapşırığı həll edə bilməsinə səbəb olur.

Toxuculuqla kodlaşdırma arasındakı əlaqəni də vurğulayırlar. Hətta kompüterin toxuculuq dəzgahlarından ilhamlanaraq yaradıldığını iddia edənlər də var. Valdorf mütəxəssisləri qeyd edir ki, toxuculuq ikilik say sistemi əsasında inkişaf edir. Kodlaşdırmada istifadə olunan, ikilik say sistemləri üzərindəki hesablamalar bu məktəblərdə toxuculuq vasitəsilə öyrədilir.

Bu metodun həm də şagirdlərin həndəsi biliklərini inkişaf etdirdiyi deyilir. Mütəxəssislər bunu beləəsaslandırırlar: “Müxtəlif fiqurlar toxunaraq öyrənilir. Üstəlik dairəvi formalı aksesuarlarıntoxunuşu zamanı millər üçbucaq yaradır, onları çıxardıqdan sonra isə parça dairə halına düşür. Bu, Həndəsədəki topologiya mövzusunun izahıdır. Bu nəzəriyyəyə görə, bütün üçbucaqlar ən sonda mütləq dairəyə dönərlər”.

Valdorf metodunun şagird üçün üstünlüklərindən biri də əl, göz, beyin kordinasiyasına şərait yaratmasıdır. Valdorf məktəbində simli çalğı alətlərinin də şagirdlərə müsbət təsiri söylənir və bu metoddan da istifadə olunur. Deyilənə görə, toxculuq şagirdlərin hissiyyatını da gücləndirir. Onların səbr, qərar vermə bacarığının inkişafı da toxuculuqla bağlıdır.

Valdorf məktəblərində təhsil alan şagirdlər tez ruhdan düşmür, pozitivliyə meyl edirlər.  Araşdırmalar bu tədris metodu ilə təhsil alan şagirdlərin həm də özgüvənli böyüdüyünü deyir.

Bu yaxınlarda Almaniyada aparılan araşdırma Valdorf məktəblərində təhsil alanların baş ağrısı, ürəkbulanma, yuxusuzluq hallarındandigərləri ilə müqayisədə az şikayətçi olduqlarını aşkar edib.

Valdorf metodunun şərtlərindən biri də az yaşlarından şagirdlərin nağıllarla böyüdülməsidir. Deyilənə görə, bu, şagirdlərin yaradıcılıq və ünsiyyət qabiliyyətini artırır. Belə şagirdlərin təbiətlə mütəmadi təmasda olması, oyun oynaması da diqqətdə saxlanır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil