Millət vəkili DATÜB Baş katibi və fəalları ilə görüşüb

11:43 30-01-2019 | icon 40 | Cəmiyyət
Millət vəkili DATÜB Baş katibi və fəalları ilə görüşüb

 

Qənirə Paşayeva: "Hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq"

 

 

Axıska türklərini təmsil edən DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və təşkilatın fəalları millət vəkili Qənirə Paşayeva ilə görüşüb və Axıska türklərinin öz vətənlərinə dönmələri ətrafında geniş müzakirələr olub.

 

Versus.Az-ın məlumatına görə, "hər zaman Axıska türkləri qardaş-bacılarımızın yanındayıq" deyən millət vəkili Qənirə Paşayeva Axıska türklərinin doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib.

 

Problemə AŞPA səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb. 

Görüşdə Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən işlər, problemlər, AŞPA-dakı görüşlərin nəticələri ilə bağlı maraqlı müzakirələr də aparılıb. Axıska türklərinin dönüşü istiqamətində gedən işlərdən,problem və əngəllərdən danışan Axıska türkləri təmsilçiləri millət vəkili Qənirə Paşayevanın axıska türklərinə hər zaman əlindən gələn dəstəyi göstərdiyinə görə təşəkkür etməklə yanaşı bu istiqamətdə səylərini daha da artırmasını da xahiş ediblər. DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və təşkilatın fəalları Azərbaycan da bizim vətənimizdir, hər zaman Azərbaycanın yanındayıq, Qarabağ problemi bizim də problemimizdir və məsələdə Azərbaycanın yanındayıq, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş təbliği istiqamətində səylərimizi bundan sonra artıracaqlarını deyiblər.

 

"Axıska türkləri bizim qardaş-bacılarımızdı və onların problemi bizim də problemimizdir" deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da əlindən gələn dəstəyi hər zaman göstərəcəyini deyib.

DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov və millət vəkili Q.Paşayevanın Gürcüstanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri  Tamar Çuqoşvili və Avropa Şurasındakı daimi nümayəndəsi İrakli Giviashvili ilə görüşündə Axıska türklərinin öz yurdlarına dönməsi və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı məsələlər xüsusi diqqət mərkəzində olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Boşanmaq istəyən ailələr üçün...

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ