“Əlillik qüsur deyil”

12:03 30-01-2019 | icon 40 | Cəmiyyət
“Əlillik qüsur deyil”

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub və nəşrdə əl işləri haqqında məlumat dərc olunan gənclərə kitab-albom hədiyyə edilib.

 

Nazirlikdən Versus.az-a verilən məlumata görə, tədbirdə Fondun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün aparılan işləri diqqətə çatdırıb. O, nazirlik tərəfindən “Əlillik qüsur deyil” kitab-albomunun nəşr etdirilməsinin də bu məqsədə xidmət etdiyini bildirib.

 

Qeyd olunub ki, 278 səhifəlik kitab-albomda sosial xidmət müəssisələrinin 60-a qədər istedadlı sakini, o cümlədən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin yetirmələrindən 50-dən artıq istedadlı gənc haqqında məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapıb. Boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanların, ilk inklüziv teatr olan ƏSA-nın yaradıcı heyətinin əldə etdiyi uğurlara da nəşrdə geniş yer verilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab-albomun yaxın zamanda digər dillərdə çap olunması, bu kitab-albom əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestrinin, həmin reyestr əsasında əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur.

Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli fiziki məhdudiyyətli insanların yaradıcılığının cəmiyyətə tanıdılması üçün aparılan işlərin, o cümlədən “Əlillik qüsur deyil” kitab-albomunun nəşr etdirilməsinin əhəmiyyətindən bəhs ediblər. Nəşrdə barələrində məlumatlar və yaradıcılıq nümunələri təqdim olunan gənclər kitabın nəşr olunmasına görə öz minnətdarlıqlarını bildiriblər. Bu kitab-albomda yaradıcılıqlarını görməkdən böyük mənəvi güc aldıqlarını, dövlətin onlara dayaq olduğuna bir daha əmin olduqlarını vurğulayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil