Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tur

22:54 30-01-2019 | icon 161 | Cəmiyyət
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tur

 

 Uşaqlar Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İB-nin qayğısından razı qalıblar

 

 

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtının təşkili” adlı müsabiqənin qalibi olan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birlik xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli və məzmunlu təşkili məqsədilə tur təşkil edib.

 

Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İB-dən Versus.Az-a verilən məlumata görə, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad rayonlarından 60-a yaxın uşaq yanvarın 25-də göstərilən istiqamətlərdə Azərbaycanın cənub zonalarına, səfalı və tarixi bölgələrinə təşkil edilmiş inkluziv turda iştirak edib.

 

Uşaqların asudə vaxtının təşkilinə 15 nəfərə yaxın müəllim, tərbiyyəçilər, valideyinlər iştirak edib. Tur zamanı ƏBƏU İB-nin sədri, layihə rəhbəri Firuzə Babayeva, Yardımlı rayon nümayəndəsi Dünyagül Sultanova, Yardımlı rayon nümayəndələri Könül xanım, Lamiyyə xanım, Lənkəran üzrə nümayəndə Şahin bəy və ona yardım edən nümayəndə heyəti, layihə əməkdaşı, DAK-nin Azərbaycan nümayəndəsi Fatma xanım Sifiyeva, mərkəzlərin rəhbərləri və valideyinlər də iştirak ediblər. Turun təşkilatçılığı zamanı bələdçinin dəstəyi, məlumatlandırılmalar uşaqlara xüsusi zövq verib.

 

Təşkil olunan turlarda uşaqlar qeyd edilən bölgələrin gəzməli istirahət zonalarında olublar, maraqlı səyahətlər edilib. 

 

Çətin həyat şəraitində olan uşaqlar üçün müxtəlif maarifləndirici və psixoloji təlimlər təşkil edilib. Eyni zamanda "Nə? Harada? Nə vaxt?” intellektual oyunlar keçirilib. Qaliblərə xatirə hədiyyələri verilib, onlar üçün əyləncəli konsert proqramları təşkil edilib. Uşaqlar xüsusi geyim formaları ilə təmin olunublar.

 

ƏBƏU İB-nin sədri, layihə rəhbəri Firuzə Babayeva bildirib ki, Azərbaycan Respublikasında sosial müdafiə sahəsində aparılan islahatların əsas məqsədi sosial Fiziki imkanları məhdud uşaqların istirahət ocaqlarında dincəlmək imkanları olduqca məhduddur:

 

“Sosial qruplara daxil olan ailələrin imkanlarının əksər hallarda olduqca aşağı səviyyədə olması onların  kommersiya tipli istirahət və əyləncə məkanlarında dincəlməsini mümkünsüz edir. Bu tip qapalı müəssisələrdə yaşamış, oxumuş və inkişaf etmiş uşaq və gənclər açıq cəmiyyətə inteqrasiya zamanı çox böyük çətinliklərlə rastlaşırlar. Bu kimi maneələr onlarda tipik uşaq və gənclərlə ünsiyyət qura bilmək, münasibət yaratmaq, diskussiya etmək, hər hansı bir sosial ortamda paylaşmaq, debat təşkil etmək və sair qarşılıqlı insani ehtiyac və yardımlaşmanın paylanmasında psixoloji xarakterik xüsusiyyətlər yaradır”.

 

F.Babayeva qeyd edib ki, ƏBƏU İB-nin tərfindən həyata keçirilən layihənin dəsətyi ilə bu baryerlərin aradan qaldırılması məqsədilə aşağıdakı fəaliyyətlər həyata keçirilib:

Azərbaycanın səfalı və tarixi bölgələrinə inteqrasiyalı (müxtəlif əlillik kateqoriyaları və ailə himayəsindən məhrum fiziki cəhətdən sağlam uşaqlardan ibarət) turun təşkili;

Layihənin dəstəyi ilə təşkil edilmiş inkluziv tur barədə məlumatların KİV vasitəsi ilə ictimaiyyətə çatdırılması.

 

Qeyd edək ki, inkluziv tur yanvarın 28-də Gəncə, Şəmkir, Göygöl, Qazax, Tovuz rayonları istiqamətində davam etdirilib.

Turda 85 uşaq iştirak edib.

 

Tur zamanı ƏBƏU İB-nin sədri, layihə rəhbəri Firuzə Babyeva, Göygöl rayon nümayəndəsi Süsən Qurbanova, Gəncə nümayəndəsi Elmira İsmayılova, Şəmkir üzrə nümayəndə Nərminə xanım, Tovuz üzrə nümayəndə Ayaz Əliyev, Qazax üzrə nümayəndə psixoloq Gülnarə Mahmudova, hər nümayəndəyə dəstək məqsədi ilə iki valideyin və köməkçilər, Layihə əməkdaşı, DAK-nin Azərbaycan nümayəndəsi Fatma xanım Sifiyeva, mərkəzlərin rəhbərləri iştirak ediblər.

 

F.Babayevanın sözlərinə görə, Tarix-diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baş çəkilib, park və xiyabanlarda gəzinti təşkil edilib, qoruq və göllərə ekskursiya edilib ki, bu da uşaqlarda xüsusi bilgilərin əldə edilməsinə imkanlar yaradıb.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır