"Azərbaycan-Rusiya münasibətləri əsrlərdən gəlir və uzaq perspektivləri var"

23:19 30-01-2019 | icon 21 | Siyasət
"Azərbaycan-Rusiya münasibətləri əsrlərdən gəlir və uzaq perspektivləri var"

 

Azərbaycan-Rusiya münasibətləri əsrlərdən gəlir və uzaq perspektivləri var, bu gün söhbət bu münasibətlərin hazırki reallıqlar fonunda optimallaşdırılması və yeni məzmunlarla zənginləşdirilməsindən gedir.

 

Versus.Az xəbər verir ki, bunu “Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” Moskva-Bakı telekörpüsü zamanı azərbaycanlı politoloq İlqar Vəlizadə deyib.

 

Ekspert qeyd edib ki, ötən il ərzində Azərbaycanla Rusiya arasında regionlararası əməkdaşlıq fəal inkişaf edib:

"Xüsusilə də, Azərbaycana Həştərxan vilayətinin və Şimali Qafqaz regionlarının nümayəndə heyətləri səfər edib. Azərbaycanlı rəsmi şəxslər də Rusiyanın bir sıra vacib şəhərlərində olub".

 

Politoloq əlavə edib ki, təkcə 2018-ci il ərzində regionlararası əməkdaşlığın intensivləşməsi bir sıra yeni birgə layihələrin yaranmasına gətirib çıxardı:

"Azərbaycanlı investorlar Şimali Qafqaz, Aşağı Volqayanı regionlarının infrastrukturuna investisiya yatırmağa maraq göstərməyə başladılar. Rusiya tərəfi, öz növbəsində Azərbaycanın nəqliyyat infrastrukturunun istifadə olunmasına maraq göstərdi".

 

Ekspert bildirib ki, bu müddət ərzində həmçinin Osetiyada Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə məscidin restavrasiyası prosesi həyata keçirilib:

"Azərbaycan və Rusiya yüksək texnologiya sahələrini inkişaf etdirməlidir. Bizdə neftlə bağlı elm kifayət qədər inkişaf edib. "Rosneft" və SOCAR üçüncü ölkələrin bazarlarında əməkdaşlıq barədə saziş imzalayıb və hazırda marketinq işləri aparılır".

İ.Vəlizadə əlavə edib ki, bütün bunlar ikitərəfli əməkdaşlığı konkret nümunələrlə zənginləşdirir: "Fikrimcə, bütün bu trendlər yaxın zamanlarda təkmilləşəcək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

Bu, erməni faşizmini dəstəkləməkdir