"Milli Şura" növbəti dəfə iflasa uğradı


Yanvarın 19-da Yasamal rayonundakı İdman-sağlamlıq kompleksinin stadionunda (keçmiş “Məhsul”) uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət növbəti addımı ilə potensialının son dərəcə biabırçı vəziyyətdə olduğunu cəmiyyətə bir daha nümayiş etdirdi.
Versus.Az Trend-ə istinadən xəbər verir ki, 10 gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurum, Müsavat, AXCP və digər partiyalar M.Ə.Rəsulzadənin abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər.
Jurnalistlərin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və “Milli Şura” rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat Partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gəlib. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar.
Bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Ağızdolusu “xalqın dəstəyi” barədə danışan “liderciklər” bütün hazırlıqlarına baxmayaraq, öndər hesab etdikləri M.Ə.Rəsulzadənin ildönümünə cəmi 200-300 adamla qatıla biliblər.
Bundan öncə, yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli internet mediaya onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından danışmışdı. O, utanmadan deyirdi ki, polis qəsdən “Milli Şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxır ki, az görünsünlər.
Görəsən “Milli Şura” M.Ə.Rəsulzadənin heykəlinin yanına o "10 minlər"i niyə aparmayıb və cəmi 120-130 adamla gəlib? Axı polis onlara heç bir maneçilik törətməmişdi. Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.
Xəbər lenti

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır
Təsisçisi Vüsalə Mahirqızıdır
159 yaşayış məntəqəsində məktəblər bağlandı
Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi
“Ölümün də qarşısını ala biləcəyik”
Şəhər merinə hücum olub
Boşanmaq istəyən ailələr üçün...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin görəcəyi işlərdən danışdı
İntensiv yağış yağacaq
Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək
Mobil telefonla şəkil çəkənlərin nəzərinə
“Məhəbbət əfsanəsi” Sankt-Peterburqda
Tələbə kreditləri ilə bağlı yeni sənəd hazırlandı
Azərbaycanlı dünya çempionu həbs edildi
Aktrisa Fahriyəyə qadağalar qoyuldu
Bu, erməni faşizmini dəstəkləməkdir
Səfirimiz qətərli nazirlə görüşüb
İrəli
