Ümidlərin işığında dəfn mərasimi

15:14 02-02-2019 | icon 58 | Köşə
Ümidlərin işığında dəfn mərasimi

 

 

Xərclədiyimiz gənclik və nigaran ruhların nifrəti

 

 

 

İGİD TEYMURLU

 

Həəə, mən də bir zamanlar gənc idim. Ancaq zaman mənim gəncliyimi elə xərclədi ki, bunun nəyə və niyə getdiyini hələ də anlamıram...

 

Çünki xərclədiyim gənclik mənə döyüşərək aldığım torpağın xəyalını, başımızın üstündən nankorluğumuza, unutqanlığımıza, biganəliyimizə dəhşətlə baxan, gecə-gündüz qıy vuran Nigaran Ruhların, Kəsik Qolların, Kəsik Qıçların nifrətini bəxş etdi...

 

Çünki xərclədiyim gənclik mənə Baqqalı daşdan, Siçanı Baqqaldan oğurlayan Məmləkət miras qoyub...

Çünki xərclədiyim gənclik mənə FİRONCASINA Allahlaşlaşanların autist məmləkətini və autist Allahların say çoxluğunu bəxş etdi.

 

Çünki xərclədiyim gənclik mənə boş əlimin qarşılığında dəyirman çax-çaxında kisələrlə dolu un eşqiylə ürək döyüntüsü, ürək çırpıntısı əta etdi...

 

Çünki xərclədiyim gənclik mənə övladımın qarşısında boynuburuq dayanmaq, çarəsizlikdən göz yaşlarımı daşa çevirib Allahın Özünə doğru atmaq, onların başlarını qazanda yalxı su qaynatmaqla aldatmağı, xəstə Azərbaycanımın yaşaması, xoş sabahı naminə ümidlərinin ölməməsi üçün yalanlar danışmağı ərməğan etdi...

Çünki xərclədiyim gənclik mənə maddiyyata söykənən imkansızlıq ucbatından ciyərparalarımızın gözümüzün qənşərindəcə əriməsini, əriyərək muma dönməsini, problemlərinin həll edilməməsini bivec ata, bivec ana olaraq seyr etməyi hədiyyə etdi...

Начало формы


Çünki xərclədiyim gənclik mənə “inkişaf etmiş”, “çiçəklənən” Azərbaycan bəxş etdi...

Bütün itirdiklərimin qarşılığında bayraqlar içində bayrağımı görəndə sevindim, qürurlandım. Amma sevincimi elə içimdəcə dəfn etdim...

 

Mən indi özüm boyda canlı qəbiristanlıq olaraq lal sükutun içindəyəm. Biz ölülər şəhərinin sakinlərinə çevrilməkdəyik...

İnsanlıq ölür, biz nəyə çevrilmənin peşindəyik...

 

Əba altından xeyirxahlıq nümayiş etdirilir...

Vətəndaşa  edilən sayğısızlıqlarla xalqın xidmətçisi olan məmurlar ordusu ictimai nifrətin formalaşmasında katalizator rolunda çıxış edirlər...

 

Böyük Azərbaycan adlı xoşbəxt gələcəyimizi qurmaq istəyiriksə, millət olaraq görüntü naminə xeyirxahlıq pərdəsinə bürünməməliyik, özümüzü olduğumuzdan qat-qat artıq göstərməyə də son qoymalıyıq...

 

Gəncliyimiz qurban getsə də, Tanrı cəmi millətimizi belə mənəvi eybəcərlikdən hifz eləsin!

 

Çalışaq ki, zərif xeyirxahlıq yer üzərindən silinərsə, onu bizim qəlbimizdə tapmaq mümkün olsun və həə, bir zamanlar mən də gənc idim deyib ümidlərimizin işığındaca dəfn mərasimi keçirib ehsan davası etməyək...

Həəə, belə-belə işlər...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil