"Erməni terrorçuya qoyulan büst götürülməlidir"


Tiflisdə separatçı erməniyə Axalkalakidə abidə qoyulmasına qarşı aksiya keçirəcək.
Versus.Az xəbər verir ki, fevralın 5-də, saat 12:00-da Gürcüstan Parlamentinin qarşısında Abxaziyanın və Qarabağın işğalında iştirak etmiş separatcı erməni Mixeyil Avaqyana Axalkalakidə abidə qoyulmasına qarşı etiraz aksiyası keçiriləcək.
Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Aksiyada "Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!", "Seperatçı Mixeyil Avaqyanın büstü götürülsün!", "Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!", "Separatçılığa və separatçılara YOX!", "Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!" şüarlarının səsləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı Soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixeil Avaqyana abidə ucaldılıb. Belə bir şəxsə Gürcüstanda abidə qoyulması həm ölkə daxilində gərginliyin yaranmasına, həm də dost və qardaş ölkə Azərbaycanla münasibətlərin pozulmasına zəmin yaradır.
Ermənilər istisna olmaqla milli dini və siyasi mənsubiyyətindən asılı olmayaraq əksər Gürcüstan vətəndaşları seperatçılığı kəskin pisləyərək M. Avaqyanın büstünün götürülməsini tələb edirlər. Gürcüstanın azərbaycanlı icmasının fəalları da bu hadisədən ciddi narahatlıq keçirdiklərini deyirlər. Soydaşlarımız Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsi üçün bundan sonra da var gücləriylə çalışacaqlarını, amma Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşmuş bir separatçıya abidə qoyulmasını qəbul etmədiklərini bildirirlər.
Versus.Az
Xəbər lenti

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır
Təsisçisi Vüsalə Mahirqızıdır
159 yaşayış məntəqəsində məktəblər bağlandı
Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi
“Ölümün də qarşısını ala biləcəyik”
Şəhər merinə hücum olub
Boşanmaq istəyən ailələr üçün...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin görəcəyi işlərdən danışdı
İntensiv yağış yağacaq
Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək
Mobil telefonla şəkil çəkənlərin nəzərinə
“Məhəbbət əfsanəsi” Sankt-Peterburqda
Tələbə kreditləri ilə bağlı yeni sənəd hazırlandı
Azərbaycanlı dünya çempionu həbs edildi
Aktrisa Fahriyəyə qadağalar qoyuldu
Bu, erməni faşizmini dəstəkləməkdir
Səfirimiz qətərli nazirlə görüşüb
İrəli
