Sekslə neçə dəfə məşğul olmalısınız?

20:20 03-02-2019 | icon 80 | Sağlamlıq
Sekslə neçə dəfə məşğul olmalısınız?

 

Söhbət nə vaxt seksdən düşsə, hamı hər şeyi şişirtməyə başlayır. Ay nə bilim, mənim filan qədər partyorum var, ay mən həftədə filan qədər sekslə məşğul oluram və s.

 

Lakin alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, məsələ heç də partnyor bolluğunda, yaxud sekslə daha çox məşğul olmaqda deyil.

"Archives of Sexual Behavior" nəşrində dərc olunmuş araşdırmada bildirilir ki, yetkin insan il ərzində orta hesabla 54 dəfə sekslə məşğul olur. Qeyd olunur ki, həftədə bir dəfə intim yaxınlıq edən cütlük tez-tez cinsi münasibətdə olan cütlükdən daha xoşbəxtdir.

Versus.Az e-tibb.az-a istinadən bildirir ki, digər bir araşdırmada isə vurğulanır ki, seksual kontaktların tezliyinin - həftədə bir və ya bir neçə dəfə - sizin ümumən özünüzü necə hissə etməyinə təsiri yoxdur, çünki seks xoşbəxtlik hormonunun hər zaman yüksək olacağına təminat vermir.

"Cütlüklər çox vaxt seksual həyatlarında yanlışlıqlara yol verirlər. Əsas məsələ odur ki, siz həm özünüzü, həm də partnyorunuzu qane edəcək qədər sekslə məşğul olmalısınız, nə az, nə çox", - deyə ABŞ-ın Baltimor Terapevtik Mərkəzinin direktoru, münasibətlər üzrə məsləhətçi Raffi Bilek qeyd edib.  

ABŞ-ın Corciya ştatının Berry Kollecinin professoru Brayan Cori isə hesab edir ki, rəqəmlərə diqqət yetirmədikdə, siz münasibətlərdə harmoniyaya bir çox faktorun təsir göstərdiyini anlayacaqsınız: yaşınız, həyati dəyərlər, həyat tərzi, təbii seksuallıq, sağlamlıq, ən əsası isə münasibətlərinizin keyfiyyəti.

 

"Bütün uzunmüddətli münasibətlərdə 2-3 ildən sonra seksual doyma deyilən hal yaranır. Bu, ailə həyatının elementlərindən biridir və bundan utanmaq, yaxud qorxmaq lazım deyil. Çünki darıxmaq insanın təbiətindədir", - deyə o əlavə edib.

Kinsi adına İnstitutun araşdırmalarına görə, sekslə məşğul olmağın tezliyi yaşdan asılıdır. 30 yaşa qədər şəxslər ildə orta hesabla 112 dəfə, 30-39 yaş arasında insanlar ildə 86 dəfə, 40-49 yaş arasında insanlar ildə 69 dəfə, 50 və yuxarı yaşda olanlar isə ildə 52 dəfə sekslə məşğul olurlar.

Cütlüyün uzun müddətli xoşbəxt yaşaya bilməsi seksdən doymaq, meydana çıxan darıxma hissini idarə etməkdən çox asılıdır.

B. Cori hesab edir ki, münasibətlərin məqsədi seks yox, xoşbəxtlik olmalıdır. "Seks cütlüyü xoşbəxt etdiyi halda vacibdir. Yəqin mənimlə razılaşarsınız ki, münasibətlərdəki xoşbəxtlik seksin keyfiyyətini də artırır", - deyə o bildirib.

Əgər partnyorunuzla münasibətlərinizin sinxronluq təşkil etmədiyini görürsünüzsə, deməli, bu problemin həllinə vaxt ayırmağın zamanı çatıb. Partnyorunuzla nə baş verdiyi barədə danışın, öz fantaziyalarınızı bölüşün və bir-birinizi ittiham etməyin. "Cütlüklər seksual harmoniyaya çatmazdan əvvəl psixoloji yaxınlaşmaya ehtiyac duyurlar", - deyə professor vurğulayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır