Valideynlər üçün faydalı üsul

 

 
 
 

20:56 03-02-2019 | icon 69 | Təhsil
Valideynlər üçün faydalı üsul
 
   

Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

Versus.Az AzEdu.az-aistinadən belə oyunlardan bir neçəsini nəzərinizə çatdırır:

Səsli hərf dəyişdirmə oyunu

Uyğun yaş dövrü: 8 yaş və daha yuxarı.

İştirakçı sayı: 2 nəfər

Oynamaq üçün lazım olan vəsaitlər: heç bir vəsait lazım deyil.

Oyun necə oynanılır?

Bu oyun zamanı gündəlik məişətdə istifadə etdiyimiz sözlərdəki səslər başqa bir səslə əvəz edilməlidir. Oyun iştirakçıları təqdim edilən hər-hansı bir sözün bütün saitlərini eyni saitlə ifadə etməlidir. Bu oyunda ilin ayları, meyvələr, heyvan adları və s. seçilə bilər.

Nümunə: Çərşəmbə sözündəki bütün saitləri “a”səsi ilə ifadə etmək. Yəni, çarşamba.

Nəticə: Sürətli və fərqli düşünmə qabiliyyətini artırır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır