Elektron kassalara keçid qaydaları hazırlanır

10:03 05-02-2019 | icon 93 | İqtisadiyyat
Elektron kassalara keçid qaydaları hazırlanır

 

Azərbaycanda elektron kassalara keçid qaydaları hazırlanır.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu layihəyə yaxın mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu istiqamətdə bütün işlər Nazirlər Kabineti ilə əlaqələndiriləcək:

 

"Bütün qaydalar hazırlanandan və meyarlar müəyyənləşdirildikdən sonra elektron kassalara keçidin necə baş verəcəyi, bunun kütləvi və ya mərhələli şəkildə olacağı məlum olacaq. İlkin olaraq elektron kassalar iri ticarət obyektlərində, daha sonra digər obyektlərdə peyda ola bilər. Hələlik bunların nə vaxt tətbiq olunacağı barədə danışmaq çətindir".

 

Qurğuların özünə gəldikdə isə mənbə bildirib ki, tədarükçünün tender yolu ilsə seçiləcəyi istisna olunmur:

"Kassa aparatlarının satın alınmasına vəsait ayrılmalıdır. Onların istifadəsi ilə bağlı treninqlər təşkil etmək lazımdır. Yəni ki, böyük həcmdə iş gözlənilir və bütün detallar əvvəlcədən müəyyən edilməlidir".

Qeyd edək ki, elektron kassalarda həm kassa, həm də POS-terminal funksiyaları mövcud olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır