Dördüncü Buktreyler Festivalına start verilib

10:14 05-02-2019 | icon 19 | Mədəniyyət
Dördüncü Buktreyler Festivalına start verilib

 

Versus.Az-ın məlumatına görə, kinoaktyor, prodüser, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli deyib ki, 2016-cı ildən Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler Festivalı təsis edimiş və artıq dördüncü ildir ki, uğurla həyata keçirilir. Festival Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir:

 

"Təsadüfi deyildir ki, 2 Fevral Gənclər Günündən start götürən və 23 aprel Beynəlxalq Kitab Günündə başa çatan Buktreyler Festivalı mövcud olduğu müddət ərzində öz ətrafında istedadlı gəncləri toplamaqla bir yaradıcı gənclər hərəkatına çevrilməyi bacarmış və festivala müraciət edənlərin, qəbul edilən buktreylerlərin sayı ildən ilə artmaqdadır. Bütün bunlar əlbəttə ki, festivalın cəmiyyətdə böyük marağa səbəb xəbər verir. Xatırladım ki, qaliblər hər il tərkibi dəyişilən və Əməkdar, Xalq artistlərindən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.

Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə mobil operator Azercell şirkətidir.

Hər bir kəsi bu əlamətdar hadisədə fəal iştirak etməyə və festivala qoşulmağa dəvət edirəm. Hamıya uğurlar arzulayıram!".

 

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhs bu səbəbdən, layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır!

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya https://www.facebook.com/BooktrailerFest/ Facebook səhifəmizdən əldə edə bilərsiniz. Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2019@booktrailer.az

Buktreylerlərin son qəbul tarixi: 1 aprel, 2019

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil