"2020-ci ildən icbari tibbi sığorta ölkə miqyasında tətbiq ediləcək"

14:10 05-02-2019 | icon 109 | Sağlamlıq
"2020-ci ildən icbari tibbi sığorta ölkə miqyasında tətbiq ediləcək"

 

2020-ci ildən icbari tibbi sığorta ölkə miqyasında tətbiq ediləcək.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov bildirib ki, bu, hazırda Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında pilot layihə kimi icra edilir:

"Pilot layihələrin nəticəsi göstərir ki, insanların buna çox böyük ehtiyacı var".

 

Baş nazirin müavini vurğulayıb ki, bu layihələr çərçivəsində müəyyən təcrübə əldə olunub:

 

"2019-cu il icbari tibbi sığortaya hazırlıq ili kimi qiymətləndirilə bilər. Qarşıda duran bir il ərzində bütün xəstəxanaların bu istiqamətdə hazırlanması ilə əlaqədar lazımi işlər aparılacaq. İnanıram ki, pilot layihələr zamanı toplanmış təcrübələr kifayət edir ki, bir il ərzində xəstəxanalar icbari tibbi sığorta üçün hazırlansınlar".

 

Ə.Əhmədov hesab edir ki, Azərbaycanın icbari tibbi sığorta sahəsindəki təcrübəsi uğurlu olacaq və vətəndaşlar ehtiyac hiss etdikləri bu məsələdən də faydalanacaqlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır