"Əbülfəz Elçibəy bu hadisəyə heç zaman susqun qalmazdı..."

16:39 05-02-2019 | icon 107 | Siyasət
"Əbülfəz Elçibəy bu hadisəyə heç zaman susqun qalmazdı..."

 

"Tanınmış güneyli fəal Abbas Lisaninin yanvar ayının 15-i Təbriz məhkəməsində həbs olunması bizi ciddi narahat edir və bu həbsi güneyli fəalların gözünü qorxutmaq üçün təzyiq vasitəsi kimi qəbul edirik. İnsan hüquqları, söz azadlığı heç bir ölkənin daxili işi deyil və ola da bilməz. İnsanları fikirlərinə, düşüncələrinə və çıxışlarına görə həbs etmək demokratiyadan və humanizmdən kənar addımdır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Partiya sədri Abbas Lisaniyə ailə üzvləri və yaxınları ilə görüşə icazə verilməməsindən narahat olduqlarını vurğulayıb. Onun vəkillə təmin olunmamasını, bütün məhkəmə instansiyalarında qanuni hüquqlarının pozulmasının yolverilməz olduğunu deyən Razi bəy partiya olaraq İran hakimiyyətindən Abbas Lisaninin azad olunmasını istədiklərini bildirib:

 

"Azərbaycan və İran dövlətləri arasında normal siyasi və iqtisadi əməkdaşlıq mövcuddur. Biz İran dövləti ilə dinc qonşuluq siyasətinin tərəfdarıyıq. Lakin, soydaşlarımızın mədəni və siyasi hüquqlarının pozulmasına da seyrçi qala bilmərik və qalmayacağıq. İran dövlətini Azərbaycan türklərinə qarşı siyasi təzyiq metodlarını dayandırmağa, onların mədəni və siyasi hüquqlarını təmin etməyə, fundamental azadlıqlarından və hüquqlarından istifadə etmək üçün şərait yaratmağa səsləyirəm.

Azərbaycanda siyasi qüvvələrə, hərəkatlara və fəallara da güneyli soydaşlarımızı müdafiə etməyə, onlara sahib çıxmağa səsləyirəm. Xaricdə yaşayan soydaşlarımızdan bu məsələni aidiyyatı beynəlxalq təşkilatlar qarşısında qaldırmalarını xahiş edirik.

Bununla bərabər, əminəm ki, ölkəmizdə də güneyli soydaşlarımıza dəstək məqsədilə ciddi təmərküzləşməyə və səfərbərliyə ehtiyac var".

AXCP sədri yaxın zamanlarda bununla bağlı müəyyən addımlar atmaq niyyətində olduqlarını bildirərək, maraqlı qüvvələri də dəstək verməyə dəvət etdiklərini dedi:

 

"Bildiyimiz həqiqət budur ki, Əbülfəz Elçibəy bu hadisəyə heç zaman susqun qalmazdı..."

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib