Azərbaycan-Pakistan dostluğu markalarda

15:14 06-02-2019 | icon 67 | Maraqlı
Azərbaycan-Pakistan dostluğu markalarda

 

Azərbaycan və Pakistan 2 markadan ibarət poçt blokunu dövriyyəyə buraxıblar.

 

Versus.Az "Azərpoçt" MMC-yə istinadən məlumat verir ki, poçt markalarının üzərində Bakı şəhərindəki Heydər məscidi və Pakistanın Lahor şəhərində yerləşən Vəzir Xan məscidi təsvir olunub. Poçt blokunda, eyni zamanda, müvafiq olaraq Azərbaycanın və Pakistanın dövlət bayraqları öz əksini tapıb.

 

Orijinal poçt blokunun ölçüsü 120x80 mm, markaların ölçüləri isə 40x28 mm təşkil edir. Layihə dizayner Anar Mustafayeva məxsusdur. Tiraji 5 min nüsxə olan bu poçt bloku 27 dekabr 2018-ci ildə tədavülə buraxılıb. Buraxılışa əlavə olaraq “Birinci gün” zərfi hazırlanıb. Zərfin sayı isə 100 ədəd təşkil olunub.

 

Qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Pakistan, həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

"WhatsApp"da problem yaranıb

Prezident onları əfv etdi - SİYAHI