Əqli Mülkiyyət Agentliyində iddia sənədlərinin ekspertizasının
icra vəziyyəti müzakirə edilib

17:21 07-02-2019 | icon 17 | İqtisadiyyat
Əqli Mülkiyyət Agentliyində iddia sənədlərinin ekspertizasınınicra vəziyyəti müzakirə edilib

 

Əqli Mülkiyyət Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun sədrliyi ilə Agentliyin geniş tərkibli iclası keçirilib.

 

Agentlikdən Versus.Az-a verilən məlumata görə, toplantıda ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindəki Patent və Əmtəə Nişanları Mərkəzinə 2016-cı ildən 2018-ci il avqustun 1-dək (Əqli Mülkiyyət Agentliyinin fəaliyyətə başlamasından əvvəl olan dövr) daxil olan ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair iddia sənədlərinin ekspertizası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş prosedurların icra vəziyyəti geniş müzakirə edilib, Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə 2016-2018-ci illərdə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair iddia sənədlərinin ekspertizası sahəsində qanunvericiliklə müəyyən edilmiş prosedurların icra vəziyyətinin yoxlanılması üzrə yaradılmış Komissiyanın hesabatı dinlənilib.

 

Komissiyanın məlumatında bildirilib ki, 2018-ci il avqustun 1-dək Patent və Əmtəə Nişanları Mərkəzinə ixtiralar üzrə 532, faydalı modellər üzrə 96, sənaye nümunələri üzrə 120, əmtəə nişanları üzrə 5398, coğrafi göstəricilər üzrə isə 32 idda iddia sənədi daxil olub. İddia sənədlərinin icra vəziyyətinin təhlili zamanı sənaye mülkiyyətinin ayrı-ayrı növlərinin qeydiyyata alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin bir hissəsinin icrasının vaxtında başa çatdırılmadığı, o cümlədən iddia sənədlərinin dərcində ləngimələrə yol verildiyi müəyyən edilib. Komissiyanın rəyinə görə, yol verilmiş nöqsanların səbəbləri icraya zəif nəzarət və iş bölgüsünün düzgün aparılmaması olub.

 

İclasda qeyd edilən müddətdə iddia sənədlərinin ekspertizasına dair məlumatların “Sənaye mülkiyyəti” bülletenində dərci sahəsində görülmüş işlər, o cümlədən sənədlərin icrası prosesindəki ləngimələrin səbəbləri müzakirə edilib.

 

Toplantının sonunda Agentliyin İdarə Heyətinin sədri icraya nəzarətin gücləndirilməsi, vətəndaşlara xidmət keyfiyyətinin artırılması, işlərin sürətləndirilməsi üzrə konkret tapşırıqlar verib, araşdırmalar tam başa çatdıqdan sonra nəticələrdən asılı olaraq əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin tətbiq olunacağını xüsusi vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil