"Onlar üçün bulanıq suda balıq tutmaq asandır"

17:53 07-02-2019 | icon 58 | Siyasət
"Onlar üçün bulanıq suda balıq tutmaq asandır"

 

“Son dövrlər bir çox deputatlar əhalidə narazılıq doğuran, qıcıqlandırıcı açıqlamalar verir. Bəzi qurumların işini düz qurmaması, əhalini incitməsi narazılığa təkan verən amillərdəndir”. 

 

Versus.Az Cebhe.info-ya istinadən xəbər verir ki, bunu açıqlamasında AXCP sədrinin müavini Tural İrfan deyib. O bildirib ki, deputalar sosial problemlərin həlli üçün faydalı təkliflər vermək əvəzinə, qıcıqlandırıcı məqamlara toxunurlar:

 

"Hətta parlamentdə təmsil olunan partiya sədrləri də vaxtilə mövcudluğundan bəhs etdikləri platformalarındakı təkliflərdən bəhs etmirlər. Ənənəvi müxalifət isə ancaq xaos, intriqa, iğtişaş yaratmağa niyyətlidir. Əli Kərimli kimiləri mövcud problemlərin həllində yox, əksinə, daha da dərinləşməsində maraqlıdırlar ki, onlar üçün bulanıq suda balıq tutmaq asan olsun".

 

T.İrfan vurğulayıb ki, son zamanlar "Azəriqaz"ın özbaşınalığı, əhalini narazı salması, yerli qurum və məmurların əhalini incitməsi, problemlərinə biganə yanaşması fonunda dağıdıcı, ənənəvi müxalifət xaricdən mayalanan "dostları" ilə birləşərək müxtəlif adlarda ortaya çıxır:

 

"Hətta son zamanlar Müsəlman Birliyi Hərəkatı adlanan təşkilatın üzvləri də görünməyə başlayıblar. Müxtəlif qütblərdə və maraqlarda olan bu kimi təşkilatların yaranmasında əsl səbəbkarlardan biri də parlamentdə qıcıqlandırıcı çıxışlar edən bəzi deputat və məmurlardır. Heç şübhəsiz ki, o qurumların içərisində radikal qüvvələrə dəstək verənlər də var. Məsələn, "Azəriqaz"ın bütün addımları əhalidə narazılığın artması və radikal qüvvələrə meyllənməsinə hesablanmış kimi görünür. Çünki adi sayğacı dəyişərkən kartın vaxtında verilməməsi abonentin günlərlə süründürülməsinə səbəb olur. Vətəndaşı cərimə ilə hədələyib sayğacı dəyişib kart almaq üçün də kütləvi şəkildə ASAN Xidmətə yönləndirmək, orada da qələbəlik və uzun növbələrin yaranmasına səbəb də "Azəriqaz"dır. Əhalinin bu cür sıxlıqla onlara göndərilməsi bu xidmətin "Azəriqaz"dan alınıb məhz ASAN-a həvalə edilməsinin "qisası"dır”.

 

AXCP sözçüsü qeyd edib ki, tək qurumlar yox, deputatlar və bəzi partiya sədrləri də xalqdan uzaq düşüblər, problemlərin mahiyyətindən bixəbərdirlər:

 

"AXCP sədri Razi Nurullayev dəfələrlə problemləri qabardıb və həlli üşün təkliflər verib. Ənənəvi müxalifətin lideri adlandırılan simalar belə problemləri görmürmü? Əgər görürlərsə, demək onlara himayədarlıq edənlərin təsiri ilə yan keçirlər. Deputatların bəzisi isə belə problemlərin yaranmasında ya maraqlıdır, ya da məsələnin əsl mahiyyətindən xəbərsizdir. Çünki xalqdan uzaq düşüblər. Heç biri ictimai nəqliyyata minmir, əksəriyyəti əhali ilə təmas yaradacaq yerlərdə olmur. Ancaq eşitdiklərini, oxuduqlarını yamsılayırlar. AXCP bütün problemlərlə bağlı mütəmadi öz təkliflərini təqdim edib, bu gün də edir. Digərləri isə sanki ağızlarına su alıblar. Belə çxır ki, bəziləri ancaq vəzifə və maddiyyat əldə etmək üçün lazım gəldi-gəlmədi, irəli atılıblar. Əgər müxalifətin, siyasətin amalı xalqa xidmətdirsə, problemin həllinə nail olmaqdırsa, nə üçün çoxları ancaq vəzifə üçün çalışır və mandat əldə edəndən sonra parlamentdə ancaq lazımsız açıqlamalar verib əhalidə qıcıq yaradırlar?"

 

Sədr müavini onu da vurğulayıb ki, xalq pisi yaxşıdan seçməyi bacarır: 

"Xalq sözdə yox, əməldə iş görəni təqdir edir. Çoxu heç sözdə də nəyinsə həlli naminə bir fikir səsləndirmir. Belə bir labüd zamanda AXCP-nin irəli sürdüyü irad və təkliflər nəzərə alınmalıdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Boşanmaq istəyən ailələr üçün...

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ