Saytları yenilənməyən qurumlar - SİYAHI

11:28 08-02-2019 | icon 84 | Cəmiyyət
Saytları yenilənməyən qurumlar - SİYAHI

 

Vətəndaş qəbulunun təşkilində nöqsanlara yol verən, saytları yenilənməyən qurumların adları açıqlanıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir" adlı məqaləsində deyilir.

 

Qeyd olunur ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların bölgələrdə mütəmadi qəbullarını keçirirlər.

 

2018-ci ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda əmək və əhalinin sosial müdafiəsi naziri – 565, kənd təsərrüfatı naziri – 487, təhsil naziri – 314, daxili işlər naziri – 303, ekologiya və təbii sərvətlər naziri – 302, mədəniyyət naziri – 236, ədliyyə naziri – 226, gənclər və idman naziri – 182, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – 172, səhiyyə naziri – 140, iqtisadiyyat naziri – 126, fövqəladə hallar naziri – 114, vergilər naziri – 30, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – 747, Dövlət Gömrük Komitəsinin sədri – 260, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – 228, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – 227, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – 99, Baş prokuror – 296, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – 245, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri – 111 vətəndaşı qəbul edib.

 

Bütövlükdə 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 62 şəhər və rayonda keçirdikləri qəbullarda iştirak etmiş 5410 vətəndaş 5201 müraciət təqdim edib. Qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 39,8 faizi müsbət həll olunub, 42,9 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilib, digərləri icrada saxlanılıb və ya aidiyyəti üzrə dövlət orqanlarına istiqamətləndirilib, bir qismi isə əsassız sayılıb.

 

Araşdırmalar göstərir ki, bəzi qurumlarda vətəndaşların qəbulu daha səmərəli təşkil olunub, onların qəbul cədvəlləri digərlərinə nisbətən daha yaxşı tərtib edilib. Həmin cədvəllərdə qəbul vaxtı məhdudlaşdırılmayıb, həftənin bütün iş günlərində vətəndaşların qəbulu təşkil edilib, qəbulun yeri və qəbula yazılma qaydaları haqqında KİV vasitəsilə məlumat verilib, məlumatlarda qəbulun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri əks olunub və qəbul otaqlarında müvafiq şərait yaradılıb. Bunlardan İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Mədəniyyət, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Naftalan, Şirvan, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən, Xocavənd, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Sabirabad, Samux, Siyəzən, Yardımlı, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərini və başqa qurumları göstərmək olar.

 

Bununla yanaşı, bəzi dövlət qurumlarında yuxarıda göstərilən tələblərə tam əməl olunmur, qəbulun təşkilində müəyyən nöqsanlara yol verilir. Buna misal olaraq, Xarici İşlər, Energetika nazirlikləri, “Bakı Metropoliteni” QSC, Milli Arxiv, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar göstərilə bilər.

 

Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır