AXCP: Əli Kərimli AXCP-ni təmsil etmir!

14:07 08-02-2019 | icon 77 | Siyasət
AXCP: Əli Kərimli AXCP-ni təmsil etmir!

 

Razi Nurullayevin rəhbəri olduğu partiya BƏYANAT verdi

 

 

“Əli Kərimli və AXCP mövzusunda tez-tez müxtəlif fikirlər səslənir. Son dəfə Baş Prokurorluqda keçirilən kollegiya iclasında Baş prokuror Zakir Qaralov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Azərbaycanda İslam dövləti yaratmaq məqsədi olan radikal terrorçu qüvvələrlə iş birliyi qurduğunu bildirib. Məsələyə aydınlıq gətirmək üçün bildiririk ki, bu, Əli Kərimlinin şəxsinə aiddir və onun AXCP ilə heç bir bağlantısı yoxdur”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, partiyanın yaydığı bəyanatda belə deyilir. Bəyanatda bildirilir:

 

“Biz - Əbülfəz Elçibəyin yaratmış olduğu AXCP - hər zaman dövlətçilik maraqlarını öndə tutub, dövlətçilik ənənələrinə sadiq olub və bu kurs hər zaman belə davam edəcək. Bir daha xatırlatmaq istərdik ki, özünü “AXCP sədri” kimi qələmə verən Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etmir”.

 

Partiya AXCP-nin adı ilə bağlı yaranmış bu cür anlaşılmazlığın aradan qaldırılması üçün Ədliyyə Nazirliyindən qeydiyyatla bağlı məsələni sürətləndirməyi xahiş edib:

 

“2015-ci ilin 18 oktyabrında keçirilmiş AXCP-nin Etimad Qurultayı Əli Kərimliyə etimadsızlıq göstərib və Razi Nurullayev sədr seçilib. AXCP-nin rəsmi şəkildə Əli Kərimlinin inhisarından qurtulması məqsədilə partiyanın qeydiyyatının tez bir zamanda həlli üçün Ədliyyə Nazirliyinin müvafiq addımlar atacağına ümid edirik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır