Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

12:18 09-02-2019 | icon 222 | Cəmiyyət
Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

 

İnsult keçirməsi səbəbindən komaya düşən və hazırda xəstəxanada huşsuz vəziyyətdə yatan jurnalist Natiq Qocamanın xanımı Jurnalist Könül AYPARA (Qocayeva) Prezidenti İlham Əliyevə müraciət edib.

 

Versus.Az-ın məlumatın görə, Könül Aypara (Qocaman) həyat yoldaşının xaricdə müalicəsinə yardım etməsi üçün ölkə rəhbərindən dəstək istəyir. Jurnalistin Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı müraciətdə deyilir:

 

Hörmətli Prezident,

Ulu öndər Heydər Əliyev tərəfindən əsasları qoyulan möhkəm və güclü dövlətçilik kursunu davam etdirərək Azərbaycanı iqtisadi, siyasi, hərbi və digər sahələrdə dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirdiyiniz hamıya məlumdur. Ulu Öndər Heydər Əliyev kursunu davam etdirməyinizdən məmnunuq və daima dəstəkləyirik!


Həmçinin, Sizin jurnalistlərə olan qayğınızın da şahidi olmuşuq. Ümumiyyətlə, ictimai-siyasi həyatda aktual məsələlərlə bağlı hansı mütərəqqi layihələr Sizə təqdim olunursa, dərhal ona müsbət reaksiya vermisiniz. İstər xəstə jurnalistlərə, istərsə də sənət adamlarına dövlət, o cümlədən Heydər Əliyev Fondu tərəfindən yardım göstərilib.


Bu gün Sizə müraciət etməyimə səbəb 8 gündür insult diaqnozu ilə komaya düşən həyat yoldaşım - 20 ildən artıqdır ki, mediada fəaliyyət göstərən jurnalist, “Oxu məni” qəzetinin keçmiş həmtəsisçisi və baş redaktoru, “Mediapress.az” Xəbər Agentliyinin Baş redaktoru, “Tərəqqi” medalı ilə təltif edilən, iki azyaşlı uşağın atası Natiq Qocamanın səhhətınin ağır olmasıdır.


Hörmətli Prezident,

Natiq Qocaman fevral ayının 1-dən insult keçirərək komadadır və müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, vəziyyəti ağır olaraq qalmaqda davam edir. Həyat yoldaşımın müalicəsinin xaricdə olduğu deyirlər. Buna isə bizim maddi imkanımız yoxdur.


Cənab Prezident, Natiq Qocamanın müalicəsinə yardım etməyinizi xahiş edirəm. Əminəm ki, Siz həyat yoldaşımın ağır vəziyyətini nəzərə alaraq onun müalicəsi üçün lazım gələn bütün köməklikləri göstərəcəksiniz. Öncədən təşəkkürümü bildirirəm.


Hörmətlə:
21 illik mediada fəaliyyət göstərən
jurnalist Könül AYPARA (Qocayeva)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır