“Uber” Azərbaycan üçün yeni tətbiq hazırlayıb

16:04 11-02-2019 | icon 126 | İqtisadiyyat
“Uber” Azərbaycan üçün yeni tətbiq hazırlayıb

 

Azərbaycanda yeni “Uber Azerbaijan” tətbiqi istifadəyə verilib.

 

Şirkətdən Versus.Az-a verilən məlumata görə, bu tədbiq istifadəçilərin təkliflərini və bazar təlabatlarını nəzərə alaraq hazırlanıb.

Məsələn, zəif internet bağlantısı zamanı daha sürətli işləyir, bir gedişdə isə bir neçə ünvan qeyd etmək mümkündür. Tətbiq artıq “iPhone” və “Android” cıhazları üçün mövcuddur. Yeni istifadəçilər 25 fevral tarixinədək hər bir gediş üçün 30%-dək endirim əldə edəcəklər.

 

“Uber Azerbaijan” tətbiqi rastr əvəzinə vektor xəritələrindən istifadə edir, bu isə zəif internet bağlantısı zamanı tətbiqin daha surətli işləməsinə səbəb olur və cihazın yaddaşında əvvəlkinə nisbətən üç dəfə az yer tutur. Bundan əlavə, yeni tətbiqdə əvvəlki versiyada olmayan funksiyalar əlavə olunub. “Uber Azerbaijan” tətbiqi sifariş üçün müştərinin yaxınlığında yerləşən daha əlverişli nöqtələri tövsiyə edə bilir. Həmçinin yeni tətbiq daxilində siz sürücüyə bəxşiş verə bilərsiniz – bu məbləğ səfərin sonunda kartdan avtomatik tutulacaq.

 

“Uber”in Azərbaycan üzrə regional direktoru Ataman İnce bildirib:

 

""Uber Azerbaijan" mobil tətbiqində, istifadəçilərin istəklərinə uyğun olaraq, əlavə etdiyimiz yeni xüsusiyyətlərdən biri – dayanacaqlı marşrutlardır. Məsələn, dostları yolüstü ötürmək və ya marketə ziyarət etmək üçün bu imkan faydalı olacaq. Həmin ünvanları tətbiqdə qeyd etdiyiniz zaman, sistem sizin marşrutu təyin edir və dayanacaqları nəzərə alaraq qiymət hesablayır".

 

Xüsusi olaraq yeni tətbiqinin yaradılması səbəbi ilə “Uber Azerbaijan” vasitəsi ilə yerinə yetirilən bütün gedişlər endirimli olacaq. Endirim dəyəri 1 AZN-dən çox olmamaq şərti ilə 30%-dək təşkil edə bilər və istifadəçi marşrutun son nöqtəsini göstərdikdə, endirim avtomatik olaraq tətbiq olunacaq. Təklif 11-25 fevral 2019-cu il tarixləri arasında keçərlidir.

 

Qeyd edək ki, endirimlər sürücülərin mənfəətinə təsir göstərməyəcək –səfərin tam dəyərinə əsasən, xidmət şirkət tərəfindən kompensasiya edilir.

 

Bir müddət sonra əvvəlki “Uber” proqramı Azərbaycanda fəaliyyətini dayandıracaq və ondan yalnız xaricdə istifadə etmək olacaq. “Uber Azerbaijan” tətbiqinə keçid asan və şəffaf olacaq. Qeydiyyatdan keçərkən müştəri sadəcə “Uber” hesabına bağlı olan nömrəsini qeyd etməlidir – gedişlərin tarixçəsi, seçilmiş ünvanlar, tətbiqə əlavə olunmuş ödəmə kartları və sifariş hesabatları üçün e-poçt ünvanı, yeni “Uber Azerbaijan” tətbiqində avtomatik olaraq göstəriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir