“YAP nümayəndələrindən soruşmaq lazımdır ki…” - MÜSAHİBƏ

17:12 11-02-2019 | icon 108 | Siyasət
“YAP nümayəndələrindən soruşmaq lazımdır ki…” - MÜSAHİBƏ

 

Fuad Əliyev: “Niyə Qarabağın işğalı faktı ilə bağlı məsələlərdə xalqdan uzaq durmusunuz?”

 

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi

 

- Fuad bəy, bir çox siyasilər, sizin də daxil olduğunuz Qarabağ Komitəsinin yaradılmasını və keçirilən mitinqləri, eləcə də Azərbaycan Xalq Hərəkatı təşkilatının yaradılmasının zəruriliyini qeyd edirlər. Sizcə müxalifət partiyalarının bu formada bir araya gəlməsi ona verilən sifarişi hansı halda tam ödəyə biləcək?

 

 - Qarabağ Komitəsinin yaradılması və sonra keçirilən mitinq onu göstərdi ki, həqiqətən bu problemin həllini istəyənlər on illərlə gedən sülh danışıqlardan narazıdır. Keçirilən mitinq onu göstərdi ki, iştrakçıların sayına görə bəlkə də 10 ildən coxdur ki, bu qədər insan toplaşmamışdı. Sozsüs ki, burda Qarabağ faktoru böyük rol oynadı. Vətəndaşlar artıq bu məsələnin konkret həllini istəyir. Beynəlxalq aləm də gördü ki, Azərbaycan xalqı torpaqların işğalı ilə barışmayacaq.

 

Təəssüf ki, ikinci mitinqi keçirmək üçün icazə verilmədi. İqtidar yenə də bəyan etdi ki, danışıqlar gedir və mitinqlərdə səslənən muharibə çağırışları bu danışıqlara mane ola bilər. Aydın oldu ki, yenə də iqtidar xalqın səsini eşitmək istəmir. Bununla da Qarabağın işğaldan azad olunması demokratik islahatlardan, demokokratik seçkilərdən keçir. Beləliklə, bu islahatları həyata keçirmək üçün “Zirvə” adlanan toplantı keçirildi. Həmin toplantıda siyasi partiyalar, sabiq istiqlalçı deputatlar, ziyalılar iştrak etdi. Bu toplantıda da həmin bu demokratik islahatlara, seçki dəyişikliklərinə nail olmaq üçün Xalq Hərəkatının yaranmasına qərar verildi. Bu artıq cəmiyyətin sifarişi idi. Regionlardan gələn məlumatlar onu göstərirdi ki, xalq artıq yerlərdə təşkilatlanır. Və həmin “Zirvə” toplantısında İşçi grupu yaradıldı. İşçi grupu öz növbəsində artıq rayonlarda təşkilatlanan qrupları Azərbaycan Xalq Hərəkatı elan edərək həmin grupları birləşdirdi və bu il yanvarın 26-da AXH ilk ümumi toplantısını keçirtdi. Ümumi toplantıdan da sonra yerlərdə AXH-nin yerli şöbələrinin təsis edilməsi işləri davam edildi.

 

- AXH yaranışından bəri müxalifətdə olan bir sıra partiyalar tərəfindən qınaqla qarşılandı, AXCP, Milli Şura isə onu özlərinə alternativ hesab etdilər. Sizcə bu cür yanaşmalar nə ilə bağlıdır?

 

- Açığı desəm mən Milli Şuranın və onun əsasını təşkil edən AXCP funksionerlərindən AXH-yə qarşı nə qınaq olan fikirlər, nə də ki, onlara alternativ olduğumuz fikirlər rastıma gəlib. Biz hamımız Azərbaycanda demokratik dəyişiklərin olmasını istəyirik, insan haqlarının tapdalanmamasını istəyirik, siyasi məhbusların azadlığa çıxmasını istəyirik, seçki islahatları və demokratik seçkilərin keçirilməsini istəyirik. Bizim də onların da rəqibimiz bu iqtidardır. Bizim bir-birimizlə “rəqib” olmağımızla bağlı fikirləri cəmiyyəti əsas məsələlərdən yayındırmaq üçün iqtidar təmsilçiləri yayır.

 

- Bir-birini cəsusluqda ittihamlayan müxalifət liderləri hansı səbəblər üzündən qaranlıq məqamlara aydınlıq gətirə bilmir. Ən böyük problem olan Qarabağın işğalı faktı siyasiləri bir araya gətirə bilmirsə, əsas problemi nədə axtarmaq lazımdır?

 

- Yenə də deyirəm ki, bu casusluq ittihamlarını hakimiyyət və ona yaxın media nümayəndələri yayır. “Qarabağın işğalı faktı siyasiləri bir araya gətirə bilməyib” fikirlərilə razılaşmıram. Yuxarıda qeyd etdiyim kimi, Qarabağ Komitəsi yaranıb və bu Komitədə təkcə siyasi partiyalar yox, QHT rəhbərləri və ictimai nüfuza malik olanlar təmsil olunur. Mən hətta deyərdim ki, Qarabağ Komitəsində cəmiyyətin bütün spektoru əhatə edən təşkilatlar var, bircə Yeni Azərbaycan Partiyasından başqa. Bax budur əsas problem. YAP nümayəndələrindən soruşmaq lazımdır ki, niyə Azərbaycanın birnömrəli problemi olan Qarabağın işğalı faktı ilə bağlı məsələlərdə Azərbaycan xalqından uzaq durmusunuz, Qarabağ Komitəsinin iclaslarında iştrak etmirsiz, keçirilən mitinqlərə gəlmirsiz.

 

- Əksər hallarda birliklərə əhəmiyyətsiz yanaşan bəzi siyasətçi və ekspertlər, kiçik partiyaların bir araya gəlməsini “sıfırların” yan-yana düzülməsi kimi nəticəsiz bir hal sayır. Sizcə “0” toplumu hesab olunan bu qurumların müəyyən bir rəqəmi göstərən vahid gücə çevrilməsi üçün hansı “tək rəqəm” önə çıxarılmalıdır?

 

 - Ekspertlərin bu fikirlərlə yüzdə yüz razılaşıram. Vaxtı ilə iqtidaryönümlü bir neçə kiçik partiya bir qurum yaratmışdı. Az bir müddətdə “fəaliyyətdə” oldular. Adı yadımda qalmayıb. Niyə qalmayıb, bilirsiz. Çünki həmin dedikləri “sıfırlardan” ibarət idi. Heç onları “tək rəqəm” YAP önə çıxara bilmədi. Müxalifətdə isə belə qurumların olub-olmamasından xəbərim yoxdur.

 

- Fuad bəy, bu yaxınlarda partiyanız 20-ci ilini qeyd etdi. Müxalif partiya olaraq, necə hesab edirsiniz, bu illər ərzində cəmiyyət qarşısında hansı fəaliyyət proqramı ilə yadda qaldınız?

 

- Bu 20 il ərzində çalışdıq ki, bizə müraciət edən hər bir vətəndaşın problemlərinin həllində yardımçı olaq. Təhsil, səhiyyə və digər sahələrdə problemləri olan vətəndaşlara köməklik etmişik. Hüquqi yardım, müvafiq nazirliklərə, dövlət təşkilatlarına problemlərlə bağlı sorğular göndərmişik və əksər problemlərin həllində müsbət nəticə əldə etmişik. Vətəndaşlardan isə minlərlə razılıq məktubları almışıq. Bu da bizə böyük stimul verir. Deməli biz düzgün yoldayıq.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

Boşanmaq istəyən ailələr üçün...

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ