"Gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirildi

15:12 12-02-2019 | icon 38 | Cəmiyyət
"Gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirildi

 

Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, qanuna "gənc alim və tədqiqatçı" anlayışı əlavə edilir.

 

Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

 

"Gənclər siyasəti haqqında" qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.

Qanunda hansı yaşdan olan şəxslərin "gənc alim" hesab edilməsi isə dəqiqləşdirilməyib.

 

Yeni layihədə gənclik yaşı, eyni zamanda "gənc ailə" anlayışı olduğu kimi saxlanılıb, buraya yalnız kimlərin "gənc alim" hesab edildiyi əlavə edilib.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

İş adamından Kamil Musəviyə hədiyyə

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

"Ermənistan və Azərbaycan gizli danışıqlara başlayıb"

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

“Xəzinə” - SƏRGİ

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Boşanmaq istəyən ailələr üçün...

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi