AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

20:47 12-02-2019 | icon 299 | Cəmiyyət
AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Mehriban Sadıqova: "Dərsliklərdə kifayət qədər nöqsanlar, siyasi-ideoloji problemlər var"

 

 

5-ci sinifin "Ədəbiyyat" dərsliyində yazıçı İbrahim Vahabovun “Qısas" hekayəsi çap olunub və mətndə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun intihar etdiyi yazılıb. Kimlərinsə qurduğu "ssenari"si əsasında milli qəhrəmanlara, millətin dəyərinə çevrilmiş şəxslər barədə bu cür hədyanlar davam edir".

 

Versus.Az-ın məlumatına görə, bunu şagirdlərin dərsliklərində tez-tez rast gəlinən neqativ hallarla bağlı açıqlamasında AXCP sədr müavini Mehriban Sadıqova bildirib.

 

Partiya funksioneri qeyd edib ki, milli qəhrəmanımız Mübariz İbrahimova qarşı "psixoloq" təhqiri ilə başlamış qalmaqal bitməmiş yenisi ortaya çıxıb:

 

"Axı, millətin övladlarını təhqir etməyə və qəhrəmanlığın üstündən xətt çəkməyə bu adamları nə vadar edir? Tutaq ki, "psixoloq"un psixoloji problemi var, bəs məktəblilərin psixologiyasına, vətənpərvərlik tərbiyəsinə mənfi təsir edən bu hekayəni orta məktəb dərsliklərinə salanlar kimlərdir? Onsuz da heç bir dəyəri olmayan "Kurrikulum" sistemi təhsili bərbad duruma salıb".

 

Gənclərin tərbiyəsini niyə pozurlar?

 

Mehriban xanım vurğulayıb ki, adıkeçən dərslikdə "Qisas" hekayəsinin sonunda müəllif Milli Qəhrəmanın intihar etdiyini sanki həmin an ordaymış kimi yazıb:

 

"Bu adam hardan alıb bu faktı? Ermənilərin bu cür qəhrəmanı olmayıb. Ancaq onlar döyüşdə adi fəallıq göstərən sıravi hərbçidən böyük qəhrəman obrazı yaradır və sonra onu gənclərə, dünyaya təbliğ edir, haqqında mif yaradırlar. Bəs bizim yazarlar niyə ermənilərin hətta cəsədindən belə qorxaraq yaxına dura bilmədikləri, düşmənə "göz dağı verən" qəhrəmanımızı cılızlaşdırırlar? Zatən Mübariz İbrahimovun qəhrəmanlığını şişirtməyə gərək yoxdur, elə olduğu kimi təsvir etsək, uşaqlarımızı onun qəhrəmanlığı ilə daha yaxından tanış etmiş olarıq".

 

Mehriban Sadıqova hekayənin müəllifinə suallar ünvanlayıb:

 

"Yazardan soruşmaq istərdim ki, "intihar" faktını hardan götürmüsünüz? İgid eloğlumuzun konkret olaraq bədəninin hansı hissələrindən aldığı güllə yarasından dünyasını dəyişdiyi hamıya bəllidir, buna dair fotoşəkillər də yayılıb. Necə oldu, indi intihar məsələsi yayıldı? Tutaq ki, bu yazar "cinayətkardir" (elə əslində Milli Qəhrəmanın adına xələl gətirmək elə cinayətdir) Bəs konkret bu dərsliyin hazırlanmasına cavabdeh şəxslər hara baxırdılar? Elə dəyərlər var ki, onlara çox həssas yanaşılmalı, istənilən mümkün səhvə yol verilməməlidir. Utancverici hekayənin sonluğu: - “O, əlini uzadıb tapançanı götürdü və lüləsini gicgahına söykədi. Asta-asta pıçıldadı: “Nə olaydı, anamın yuxusuna girməyəydim! Əşhədü ənla, İlahə İləllah…” bitir.

Dərslik siyasəti ölkənin strateji məsələlərindən biridir. Bunu dərslik müəllifləri nəzərə almalıdır. Ancaq təəssüf ki, son illər yazılan dərsliklərdə kifayət qədər nöqsanlar, siyasi-ideoloji problemlər çoxdur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır