Birinci vitse-prezident Mehriban Əliyeva qadının müalicəsi üçün tapşırıq verib

14:15 14-02-2019 | icon 94 | Gündəm
Birinci vitse-prezident Mehriban Əliyeva qadının müalicəsi üçün tapşırıq verib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.

 

Versus.Az Trend-ə  istinadən xəbər verir ki, hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Eyni zamanda, N.Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir