“Azərbaycana bir qarış da torpaq verməyəcəyik!” - İRƏVANDA YÜRÜŞ

20:25 27-02-2019 | icon 76 | Siyasət
“Azərbaycana bir qarış da torpaq verməyəcəyik!” - İRƏVANDA YÜRÜŞ

Ermənistanın guya Azərbaycanla danışıqlarda ərazi güzəştlərinə hazırlaşması siyasətinə etiraz edilib

 

Dünən – fevralın 26-da Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş möhtəşəm 55 minlik yürüş keçirildiyi bir vaxtda işğalçı ölkənin paytaxtında bir qrup erməni qondarma “Sumqayıt talanları”nın 31-ci ildönümü” ilə bağlı tədbir keçirib.



Versus.Az Karabakhmedia.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan saytları məlumat yayıb. Qondarma “erməni soyqırımı” kompleksindəki “Sumqayıt qırğını”na həsr olunmuş xaç abidəsinin yanından başlanan yürüş “Azadlıq” meydanınadək davam edib.

 

Əsasən Azərbaycan torpaqlarının işğalında iştirak etmiş keçmiş döyüşçülər və Paşinyan əleyhdarlarından təşkil olunmuş yürüşdə “Azərbaycana bir qarış da torpaq verməyəcəyik” şüarı səsləndirilib və indiki Ermənistan hakimiyyətinin guya Azərbaycanla danışıqlarda ərazi güzəştlərinə hazırlaşması siyasətinə etiraz edilib. Yürüşdə torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejimin 100 metrlik bayrağı da götürülüb.



Rusiya mənbələrinin məlumatına görə, üzdənirraq yürüşə cəmi 2 minədək erməni ünsürü qatılıb.

Sultan Laçın 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hər Novruz Bayramında kövrəlirəm

Şuşa-Laçın yolu - 2019/VİDEO

“Cənab prezident, qarşınızda xəcalət çəkirəm” FAKTI

RHİM İB Çanaqqala zəfərinin ildönümü və Novruz bayramı ilə bağlı maraqlı tədbir keçirib

Qaraciyərin normal işləmədiyini göstərən 6 ƏLAMƏT

Sabah Bakıda güclü külək əsəcək, rayonlarda isə qar yağacaq

Viza rejimi ilə bağlı saziş imzalandı

Partiya sədrinin Novruz təəssüfləri: BİZ NİYƏ DİLİMİZƏ HÖRMƏT ETMİRİK?

"Kamikadze 1"

Sabiq deputatlığa namizəd qubalıları təbrik edib

"WhatsApp"da yeni funksiyalar

“Quran ruha görə nazil olunub”

Bakıda Novruz festivalına start verildi

Hər ata görə min dollar

Bu ölkədə ilk metropoliten xətti açıldı