"Bu səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açacaq"

10:46 28-02-2019 | icon 21 | Siyasət
"Bu səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açacaq"

Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin dövlət başçısı kimi Azərbaycana ilk səfəri, Azərbaycan Prezidenti ilə həm təkbətək görüşü, həm də geniş tərkibdə keçirilən görüş iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açacaq.

 

Bunu Versus.Az-a  Milli Məclisin deputatı Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış münasibətlər mövcuddur:

 

“Gürcüstan Azərbaycanın yaxın qonşusudur. Azərbaycanla Gürcüstan bütün sahələrdə, həm siyasi, həm də iqtisadi məsələlərdə strateji tərəfdaşdırlar. Azərbaycanın həyata keçirdiyi bütün qlobal layihələrdə Gürcüstan yaxından iştirak edir. Eyni zamanda, bu gün Gürcüstanda təqribən yarım milyon soydaşımız yaşayır. Bütün bunları nəzərə aldıqda bu ölkədə gedən proseslər bizim üçün də önəmlidir. Gürcüstanda sabitlik, iqtisadi inkişaf bizi də sevindirir”.

 

Deputat vurğulayıb ki, tarixən bir-birinə dost olan Azərbaycanla Gürcüstan arasında dostluğun və əməkdaşlığın daha da möhkəmlənməsi bütövlükdə region üçün önəmlidir:

“O regionda ki, Ermənistan işğalçılıq siyasəti aparır, terrora dəstək verir, təhlükəsizliyə təhdid yaradır. Bu baxımdan Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və hər iki dövlətin birgə fəaliyyət göstərməsi region üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də Gürcüstan Prezidentinin ölkəmizə səfəri çox vacibdir və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA