"Jam group" komandası "Best Musical Show" tamaşasını təqdim edib

13:05 28-02-2019 | icon 28 | Mədəniyyət
"Jam group" komandası "Best Musical Show" tamaşasını təqdim edib

Fevralın 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində "Jam group" komandası "Best Musical Show" tamaşasını təqdim etdi.

 

Versus.Az xəbər verir ki, dünyada tanınmış “Burlesque”, “Moulin Rouge”, “Chicago”, “The Great Gatsby” kimi muzikllardan səhnəciklər göstərilib.

Tamaşa 4 akt üzərində qurulmuşdu və bir saniyəlik belə tamaşaçının fikrini yayındırmağa imkan verməyib.

Tamaşaçı səhnədə baş verənlərə heyran idi və personajlarla birgə müzikl dünyasına büründü, başverənlərə sanki yerindən ortaq olurdu. Müziklın truppası izləyiciləri orta əsrlər atmosferinə, eləcə də müasir dünyaya qərq edib.

Birinci səhnəcikdə «The Great Gatsby» təqdim olunmuşdu. Zaur Məmmədov, Anastasiya Budakva öz vokalları ilə, həmçinin rəqqaslar oz xoreoqrafiya ilə tamaşaçıların marağını cəlb etdi. Francis Scott Fitzgerald romanı ilə çəkilmiş filmdən ən yaxşı səhnəciklər göstərilib.

İlk hissənin təəssüratlarından kənara çıxmayan tamaşaçı, məhşur “Burlesque” muzikl ilə “Los Angles” stilistikasına keçirildi. Ləman Abbaszadə parlaq vokalı ilə, kostyumları ilə, rəqslər ilə - tamaşaçıları heyran etdi.

Ən çox yadda qalan üçüncü səhnə oldu. "Moulin Rouge" un ən yaxşı səhnəcikləri tamaşaçılara sevinc və kədəri yaşamağa məcbur etdi.

Quruluşçu ”Moulin Rouge” müziklına əlavə olaraq, teatrda öz əksini tapmış əsərləri istifadə edərək, hekayəni bir-birinə bağlayıb.

 

"Lady Marmalade", "Diamonds" müziklı istedadlı müğənni Natavan Quliyeva tərəfindən ifa edilmişdir. Müziklda ilk dəfə iştirak edən, Eliyar Əliyev və Nadir Rüstəmlinin ifasında "Notre-Dame de Paris", "Roxanne", "Show Must Go On" səhnəcikləri izləyicinin duyğulandırdı.

Quruluşçular izləyiciləri kədərdən çıxsın deyə, müsbət enerji dolu “Chicago” müzikl ilə davam etdilər. Dekorasiya, şən şou, geyimlər sahəsində 20-ci illərdə Chikaqo da olan abu havanı səhnədə nümayiş etdilər.

Bu tamaşa öz izləyicisini tapdı və ürəyini qazandı. Müzikl hazırlamaq üçün “Jam Group” komandası bütün çətinlikləri öz üzərinə götürdü.

 

Layihənin müəllifi Əziz Əzizov yekunda auditoriyanı şirkətin qarşıdakı layihələr ilə tanış etdi.

Xüsusi təşəkkür rəqs truppasında iştrak edənlərə: Nigar Soltanova, Zarina Rəhimova, Marqarita İsmayılova, Dinarə Əsgərova, Sonaxanım İsmayılova, Ruslan Rzayev, Umar Kadirov.

Səhnə arxası aktyorlara dəstək göstərənlər: Natavan Zeynalova, Adeliya Fərhadova, Çinarə Mikayılzadə, Tahir Dibirov.

Xoreoqraflar: Andrew Freeman, Rəsul Hasanov, Zaur Məmmədov. Layihənin produseri Rauf Musayev və layihənin müəllifi Əziz Əzizov.

 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

Prezident onları əfv etdi - SİYAHI

BAĞIŞLA, ANA